Xərçəngi səhv yerdə axtarırmışıq!
Bir funksiyası olmadığı zənn edilən kanalların xərçəngli hüceyrələrin yayılmasını təmin etdiyi ortaya çıxdı!
Harvard Universitetinin araşdırması bir funksiyası olmadığı zənn edilən kanalların xərçəngli hüceyrələrin yayılmasını təmin etdiyini ortaya çıxardı
ABŞ-ın Orlando şəhərində Amerika Xərçəng Araşdırma Təşkilatının təşkil etdiyi simpoziumda xərçəngin bədəndə yayılmasıyla əlaqədar əzbərçiliyi pozan məlumatlar ortaya qoyuldu. İndiyə qədər insan bədəninin yalnız yüzdə 2-sinin xərçəngli hüceyrələrin daşıyıcılığını etdiyi düşünülür və müalicələr bu istiqamətdə tətbiq olunurdu. Simpoziumda, bu məlumatın yanlış olduğu ortaya qoyuldu.
“Milliyət”də də yer alan xəbərə görə, Harvard Universitetinin etdiyi araşdırmalar nəticəsində bədəndəki normal funksiyalarını davam etdirən hüceyrələrdəki RNT kanallarından xərçəng mövzusunda funksiyasız olduğuna inanılanların əslində xərçəngin yayılmasına şərait yaratdıqları müəyyən olundu. İndiyə qədər xərçəng diaqnozunun ardından xərçəngin daşıyıcılığını etdiyinə inanılan əlaqə kanalları bağlanılaraq, xərçəngli hüceyrələrin yayılması önlənməyə çalışılırdı. Lakin bu əsnada funksiyasız qəbul edilən kanalların daşıyıcılığı davam etdirdiyi anlaşılınca, xərçəng müalicəsində yeni üsulların təqdim edilməsinin lazım olduğu ortaya qoyuldu. Mütəxəssislər çox səs gətirən bu yeni tapıntılara dair işlərin xərçəng müalicəsində cığır açacaq xüsusiyyətdə olduğunu açıqladı.
Tarix: 07.01.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 285 Bölmə: Xərçəng