Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Prostat xərçənginin qarşısını alan meyvə

Aparılan araşdırma zamanı hər gün bir ovuc qoz yeməyin xərçəngli hüceyrələrin böyüməsini zəiflətdiyi məlum olub.

Lent.az-ın “internethaber.com” saytına istinadən verdiyi məlumata görə, bu araşdırma ABŞ-da aparılıb.

Siçanlar üzərində aparılan araşdırma nəticəsində Omega-3 və digər sağlam komponentlərə malik olan qozun prostat şişinin böyüməsini yavaşlatdığı, eyni nəticənin insanlarda da ortaya çıxma ehtimalının yüksək olduğu ortaya çıxıb.
Kaliforniya Universitetində aparılan araşdırmanı idarə edən Paul Devisin sözlərinə görə, qoz yeyən siçanlarda xərçəngli prostat şişləri parçalayır, xəstə hüceyrələrin böyüyərək yayılmasında zəifləmə müşahidə olunur. P. Devis ən ölümcül xərçəng növünün ikincisi olan prostat xərçənginə tutulmamaq üçün hər gün ən azı 14 qozla yanaşı kifayət qədər meyvə və tərəvəz yeməyin vacib olduğunu bildirib.


Tarix: 07.01.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 238 Bölmə: Xərçəng
loading...