Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarda rast gəlinən xərçəngin üç tipinə qarşı dərman hazırlandı

Daily Mail tərəfindən verilən məlumata görə, Böyük Britaniya alimləri uşaqlarda rast gəlinən və kimyəvi terapiyaya ən çox müqavimət göstərən xərçəngin üç tipi – neyroblastoma, osteosarkoma və Yuinq sarkomasına qarşı yeni dərman preparatı hazırlamışlar.
RH1 adlı bu preparat hüceyrələrin proqramlanmış ölüm mexanizmi olan apoptoz prosesini stimulyasiya edir və şiş hüceyrələrinin özünüməhvinə səbəb olur. Bu qoruyucu mexanizmin pozğunluğu hüceyrələrin avtonom bölünməsinə və şişin inkişafına səbəb olan proseslərin əsasında durur.


Mançester Universiteti alimləri tərəfindən aparılmış tədqiqatlar göstərdi ki, hətta kiçik dozada RH1 preparatı istifadə olunduqda belə, xərçəng hüceyrələrinin "özünüməhvi" prosesi 1.5 dəfə sürətlənir. RH1-in aktivliyi ən çox neyroblastoma, osteosarkoma, Yuinq sarkoması və həmçinin yaşlılarda rast gəlinən xərçəng növləri olan ağciyər, qaraciyər və döş qəfəsi şişlərində çox miqdarda hasil olunan DT-diaforaza fermentinin təsiri ilə artır.
Yeni preparat artıq yetkin şəxslər üzərində klinik sınaqların birinci mərhələsini keçmişdir. Yaxın zamanlarda tədqiqatçılar Qay Makinin rəhbərliyi altında RH1-in xərçəng xəstəliyi olan uşaqlar üzərində sınağına başlayacaq.
Birmingemdə keçirilmiş Xərçəngin Tədqiqi üzrə Milli İnstitutun iclasında Makin demişdir: "RH1 olduqca təsirli bir vasitədir və tərəfimizdən aparılan klinikaya qədərki sınaqlar bu preparatın uşaqlarda rast gəlinən və DT-diaforaza hasil edən şişlərə qarşı effektiv olacağına ümid verir."
1960-cı illərdə uşaqlarda rast gəlinən xərçəng hallarının yalnız 25%-i müalicə oluna bilən hesab edilirdi. Hal-hazırda həkimlərin və alimlərin səyi nəticəsində, belə xəstəlikləri olan uşaqların 75%-i sağ qala bilir.
Kimyəvi terapiyaya davamlılığın qarşısını almağa imkan verən yeni preparatların əldə edilməsi xəstəliyin daha keyfiyyətli müalicə olunmasına şərait yarada bilər.


Tarix: 07.01.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 320 Bölmə: Xərçəng
loading...