Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xərçəngi yaradan gen tapıldı

10 il ərzində bu genə qarşı dərman yaradılması nəzərdə tutulur

Şərqi İngiltərə Universitetinin alimləri xərçəng xəstəliyini yaradan geni kəşf ediblər. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, “WWP2” adlı gen xərçəng hüceyrələrinin daxilində olan bağlayıcı sipər durumundadır.

Bu gen xərçəng hüceyrələrinin yayılmasını əngəlləyən təbii proteinlərə hücum çəkərək onları təsirsiz hala gətirir. Laboratoriya şəraitində aparılan sınaqlarda “WWP2” geninin təcrid edilən zaman təbii proteinlərin sayı kütləvi şəkildə artıb və xərçəng hüceyrələrinin yayılmasının qarşısını alıblar.

Araşdırma qrupunun rəhbəri, professor Andrey Çentri deyib ki, bu metod xərçəngin müalicəsi baxımından böyük effekt verəcək: “İndi əsas məsələ xərçəng hüceyrələrinin daxilinə nüfuz edərək, bu aqressiv geni təcrid olunmuş vəziyyətə salacaq bir dərmanın yaradılmasıdır. Bu, çətin, amma həlli imkansız olmayan bir məsələdir. Böyük ehtimalla, 10 il ərzində belə bir dərman yaradılacaq”.


Tarix: 07.01.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: Xərçəng
loading...