Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baş və boyun şişləri

Yuxarı tənəffüs yollarının və həzm sisteminin ən çox yayılmış şişlərindən qırtlaq karsinomasını göstərmək olar. İkinci və üçüncü yerləri isə badamcıqlar və qırtlaq-udlaq nahiyəsinin xərçəngi tutur. Xəstəliklərin yaranmasına əsas səbəb kimi, siqaret, spirtli içkilərdən həddindən artıq istifadə etmə, gigiyena qaydalarına əməl edilməməsi, tabaka ilə nəfəsalma, düzgün salınmayan protezlər göstərilir.

Epşteyn-Barr virusu da burun-udlaq xərçənginin riskini artıran səbəblərdəndir. Baş və boyun xərçəngləri adətən, ardıcıl surətdə, uzun müddət davam edən və yarandığı nahiyədən demək olar ki, kənara çıxmayan növlərdir.

Baş və boynun bədxassəli şişlərinin 85%-ə qədəri yastıhüceyrəli xərçəng növünə aiddir, 5% melanoma, limfoma, sarkomanın payına düşür.

Baş və boyun xərçəngi

Baş və boyun şişləri ilkin şişin lokalizasiyasına (yerləşməsinə) və ölçüsünə, boyun limfa düyünlərində metastazların sayına və ölçüsünə, uzaq orqanlarda metastazların olmasına görə klassifikasiya olunur.

Baş və boyun şişləri
Müalicə xəstəliyin mərhələsindən və müalicəyə verilən reaksiyadan asılı olaraq cərrahi, şüa, kimya terapiyası aparılır. Əgər müalicədən sonra şiş nahiyəsində qızartı və ağrı qalırsa, bu şişin yayıldığını göstərir.

Boyun limfa düyünlərinə metastazlar:

Boyun xərçəngindən əziyyət çəkən xəstələrin 75-80%-də ilkin ocaq (şiş) tənəffüs və ya həzm sisteminin yuxarı hissəsində yerləşir. Digərləri isə daha uzaqda yerləşən şişlərin payına düşür: limfoma, ağciyər, prostat vəzi, mədə, yoğun bağırsaq, böyrək xərçəngi.


Tarix: 24.12.2014 / 16:19 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Xərçəng
loading...