Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək şişləri

Ürək şişləri 2 cür olur: ilkin və ikincili. İlkin ürək şişləri ikinciliyə nisbətən, 30-40 dəfə az rast gəlinir. Şişlər ürəyin bütün qişalarında yerləşə bilər: perikard, endokard, miokardda. Qeyd etmək lazımdır ki, ürək şişləri zamanı həmçinin səhvən ürəklə bağlı digər xəstəliklərin diaqnozu qoyula bilər. Ürək şişləri çox vaxt isə təsadüfi müayinə nəticəsində meydana çıxır.

Ürəyin ilkin şişləri. Bədxassəli şişlər.
Nadir halda rast gəlinən şişlərə aid olub, ürəyin istənilən qişasında inkişaf edə bilər. Ən çox uşaqlarda rast gəlinir. Bu şişlərdən ən çox rast gəlinəni sarkoma olub, kəskin başlanğıcla xarakterizə olunur və xoşxassəli şişlərə nisbətən gedişi daha aqressivdir. Bədxassəli şişlər özünü ilk növbədə qəfləti ürək çatmazlığı, ürək tamponadası, ritm və keçiricilik pozğunluğu şəklində göstərir. Bu şişlər onurğaya, yaxınlıqda yerləşən yumşaq toxumalara, xüsusilə də daxili orqanlara metastaz verir. Müalicə özündə radioterapiya, kimya və simptomatik terapiyanı birləşdirir.


ürək şişləriÜrəyin xoşxassəli şişləri
Müalicə olunmazsa xəstənin həyatının təhlükə altında qoya bilər. Bu şişlərə miksoma, rabdomioma, fibroma, lipoma, teratoma, perikardın ksitaları aiddir.


Miksoma: bütün ilkin şişlərin 50%-ni təşkil edib, geniş yayılmış şiş növüdür, 75% hallarda isə sol qulaqcıqda lokalizasiya olunur. Miksomanın 3 əsas xarakterik simptomu var: embolik ağırlaşma, qan dövranın pozulması, ümumi simptomokomplekslər (qızdırma, arıqlama, anemiya).


Diaqnoz: kliniki əlamətlər, USM, ürəyin kateterizasiyası, ürəyin biopsiyası, bəzən isə KT, MRT, angiokardioqrafiya, radioizotop ventrikuloqrafiya əsasında qoyulur.


Müalicə cərrahi yolla olub, adətən tam sağalma ilə nəticələnir.

Rabdomioma: ilkin şişlərin 20%-ni təşkil edir və ən çox uşaqlarda rast gəlinir. Kardioloji klinik şəklinə baxdıqda xəstəlik özünü ürək çatmazlığı, kardiomeqaliya, ritm pozğunluğu və s. əlamətlərlə göstərir. Bir yaşdan yuxarı olan uşaqlarda xəstəliyin proqnozu yaxşı deyil.


İkincili ürək şişləri

İkincili ürək şişlərinə metastatik şişlər aid olub, ağciyər, süd vəzi şişləri, karsinoma, leykozlar nəticəsində baş verir. Klinika əsas xəstəliyin fonunda yaranır, belə ki, ürək ürəyin qəflətən böyüməsi, ürək tamponadası, aritmiya, ürək çatmazlığı əlamətləri ilə özünü göstərir.


Tarix: 24.12.2014 / 16:17 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Xərçəng
loading...