Kliniki tədqiqatlar göstərir ki, idman etmək onkoloji xəstəliklərin qarşısını alır və metastazlar yaranmasına mane olur.
İdmanın hamı üçün faydalı olduğunu hər kəs bilir. Xüsusilə bu, süd vəzilərinin, yoğun bağırsağın, prostat vəzinin şişi olan xəstələr üçün daha vacibdir. Bu faktların elmə izahı bu yaxınlarda tapılmışdır. İdmanla məşğul olanlarda böyümənin insulindən asılı faktorunun səviyyəsi aşağı düşmüş olur. Bu isə şiş hüceyrələrinin qidalanmasının pozulmasına xidmət edir. İsrail həkimləri hesab edirlər ki, idman zamanı bu maddə azalır və şişlər «ac qalır» və böyümə baş vermir. Fiziki gərginliyə məruz qalmayan orqanizmdə bu maddənin çox olması şiş hüceyrələrinin çoxalmasına şərait yaradır. Bu daha çox süd vəzilərində xərçəng əmələ gəlməsinə təsir edir. Minlərlə qadının iştirak etdiyi tədqiqat nəticəsində idmanla məşğul olanlarda o birilərinə nisbətən xəstəlik yaranması ehtimalı demək olar ki, sıfıra bərabər olmuşdur. Amerika Tibb Assosiasiyasının jurnalında bu nəticələr açıqlanmışdır.
Müşahidələr göstərmişdir ki, həftədə 8-9 saat idmanla məşğul olanlarda 20%, 9-14 saat məşğul olanlarda isə süd vəzilərinin xərçənginin əmələ gəlməsi 50% azalmışdır.
Sümüklərində metastaz olanlarda idman etmək də vəziyyəti yüngülləşdirir, lakin onlar ehtiyatlı olub, travmalardan uzaq olmalıdırlar.
Xərçəng əmələ gətirən qidalar hansılardır?
Bunlar kanserogen maddələr olan akrilamidlərdir. Kanadada artıq akrilamid toksiki maddələr siyahısına salınmışdır. ABŞ-da isə qida sənayesi məhsullarında akrilamidin azaldılması haqqında rəsmi qərar verilmişdir. Avropa Birliyi orqanları bu maddəni yüksək narahatlıq yaradan maddələrə aid etməyi təklif edir.
Beləliklə bu nəticəyə gəlmişlər ki, akrilamid həm kanserogen (xərçəng əmələ gətirən), həm də mutagen (təkcə xərçəng deyil, həm də hüceyrələrin genetik aparatını da zədələyən) təsirə malik maddədir.
Əvvəl elə düşünürdülər ki, akrilamid bəzi plastik bağlamalarda, tütün tüstüsündə, az miqdarda isə suyun tərkibində olur. Bu səbəbdən suda onun səviyyəsinə nəzarət edirdilər.
Təsadüfən Stokholm universitetinin alimləri aşkar etdilər ki, onun səviyyəsinin bir çox məhsullarda daha çox olmasına icazə verilir. Bura çipsı, çörək həlqələri, peçenye, un məmulatları, qızardılmış kartof, quru səhər yeməkləri, çöplər, qarğıdalı (kukuruz), hətta kofe aiddir.
Əsas təəccübləndirici odur ki, alimlər onun əmələ gəlməsini anlamırdılar. Təxminən yarım il aparılan tədqiqatdan sonra aydın oldu ki, bu maddə yüksək temperaturda asparagin adlı amin turşusu ilə şəkərin təsirindən əmələ gəlir.
Keçən il Daniya alimləri təsdiq etdilər ki, tərkibində akrilamid bol olan qidaları yeyən qadınlarda süd vəzilərinin xərçənginə 2 dəfə çox təsadüf edilir. Onlar həm də qadınların orqanizmində bu maddənin səviyyəsini yoxlamışlar. Məlumatlar var ki, bu maddə yumurtalıqda 79%, uşaqlıqda 28%, böyrəklərdə 59% hallarda xərçəng əmələ gətirir. İndi tərkibində asparagini dəyişən ferment olan məhsullar hazırlanmasını düşünürlər. Belə ki, amin turşusu olmasa, deməli, akrilamid də əmələ gəlməz. Onu azaltmaq üçün maya, B3 vitamini, polifenollar, limon, rozmarin ekstraktı və digər qida turşuları qəbul edilməlidir. Həmçinin fruktozadan əl çəkmək məsləhətdir. – bu, daha çox kanserogen əmələ gətirir.
Yüksək temperaturda, o cümlədən qrildə, sobada bişən yeməklər – piroqlar, blinlər, qızardırmış xörəklər, tort, peçenye akrilamid əmələ gətirir. Bunları məhdudlaşdırmaq hər kəsə məsləhət görülür.
Tarix: 24.12.2014 / 16:43 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Xərçəng