Mütəxəssislər, itən uşaqların qısa zamanda tapılması üçün ana - atalara qızıl tövsiyələr verdi .
Son zamanlarda itən uşaqların artması üzərinə valideynlərə tövsiyələrdə olan mütəxəssislər bunları söylədi:
- İtdiyini düşündüyünüz anda uşağınızın dostlarının ailələrini yoxlayın və onlara uşağınızı axtardığınızı söyləyin.
- Məktəbini, körpələr evini və ya bağçanı məlumatlandırın.
- Əgər bunların heç birindən nəticə ala bilməsəniz, polisi axtarın. Hesabat tutmasında israr edin və fayl nömrəsini alın. Bu fayl nömrəsi, irəlidə çox əhəmiyyətli olacaq.
- Uşağınızın dostlarının ailələrinin siyahısına təkrar nəzarət edin. Ən son kim, harada uşağınızı görmüş, bunları öyrənməyə çalışın. Uşağınızın ən son görüldüyü yerdən axtarışa başlayın.
- Uşağınızın ən son nə geydiyini bilin.
- Əgər köhnə uşaqlıq yoldaşlarınız və ya əsgər yoldaşlarınız varsa, onlardan da kömək alın, uşağınızın yoldaşları ilə əlaqə qura bilərlər.
- Bu gün edə biləcəyiniz işlər üçün sabaha qədər gözləməyin.
- Polisi axtarıb, hadisə ilə əlaqədar inkişafları addım-addım öyrənin.
- Regional xidmət qruplarına müraciət edin.
- Evinizdəki telefona, gələ biləcək axtarışlar üçün davamlı birini saxlayn. Siz, çöllə olan telefon görüşmələriniz üçün başqa bir telefon istifadə edin.
- Kömək istəmək üçün utanmayın və tərəddüd etməyin, bu hər ailənin başına gələ bilər.
"Xüsusi şəxsiyyət vəsiqəsi olsun"
Uşaqların itmədən əvvəl "Bunlar mənim uşağımın başına gəlməz" deyə əsla düşünülməməsi lazım olduğunu söyləyən mütəxəssislər bunları ifadə etdi:
- Daim uşağınızın ən son fotoşəkilinə sahib olun.
- Barmaq izlərinə sahib olun.
- Uşağınızın dostlarını və ailəsini tanıyın.
- Dostlarının adını, telefon nömrəsini və ünvan məlumatları olan bir dəftəriniz olsun. Əgər mümkünsə, ailəsinin iş telefonlarını da dəftərə yazın.
- Uşağınızın, bu məlumatların olmadığı yerlərə getməməsi üçün bir üsul tapın.
- Uşağınıza xüsusi bir şəxsiyyət vəsiqəsi (ID) olsun və o kartı davamlı daşıması üçün razı salın.
- Uşağınızın DNTini təyin edəcək bir şeyini (qan, saç teli kimi) mühafizə edib, alındığı tarixi də unutmayın.
- Uşağınızın sizinlə necə əlaqə qura biləcəyini təyin edin. Bu məlumat, onun kartında ola bilər.
Tarix: 06.01.2015 / 15:16 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Valideynə məsləhət