Plastik butulkalar uşaqlarda xəstəlik yaradır
Körpələrin plastik butulkalar vasitəsilə qidalandırılması onların həyatına ciddi təhlükə yaradır. Bu qabların tərkibində zərərli kimyəvi maddələr var və onlardan çoxlu istifadə zamanı həmin maddələr insan orqanizmində ölümcül xəstəliklərin yaranmasına səbəb ola bilər. Mütəxəssislər müəyyənləşdiriblər ki, bu, sonradan insanda süd vəzinin xərçəngi, ürək çatışmazlığı, şəkərli diabet və qaraciyər xəstəlikləri yaradır.
Yeri gəlmişkən qeyd edək ki, artıq bəzi alimlər plastik qab-qacaqdan istifadəni qadağan etmək barədə çağırışlar edirlər. Çağırışına ilk reaksiya Danimarkadan gəlib. Bu ölkə plastik qab-qacaqdan istifadəni qanunla qadağan edib.
Tarix: 06.01.2015 / 14:03 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Valideynə məsləhət
loading...