Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarda nevrotik iştahsızlıq

Son vaxtlar valideynləri cox narahat edən və həkimə müraciət etməyə səbəb olan -uşagin iştahasizligi ilə baglı şikayətlərdir.İştahasızlıgın səbəbi isə müxtəlif psixotravmatik anlar ola bilər:
–uşagıın bagçaya,məktəbə getməsilə anadan ayrılma qorxusu
–düzgün olmayan qidalanma rejimi
–uşagin cəzalandirilmasi və s.
İştahasizliq(anoreksiya) I-li ve II-li olur.I-li anoreksiya saglam uşaqlarda qida rejiminin pozulması nəticəsində,II-li anoreksiya isə mədə-bagirsaq traktinin müxtəlif xəstəlikləri nəticəsində əmələ gəlir.Qidalanma eyni saatlarda olduqda,uşaqda düzgün qida refleksi formalaşır.Yeməkarası vaxtda uşaga şirin çay ,konfet və s.verilməsi qida mərkəzinin oyaniqliginin azalmasina səbəb olur.Nevrotik iştaha pozgunlugu çox vaxt erkən yaşlı,məktəbəqədər yaşlı uşaqlarda məcburi yedizdirilmə nəticəsində əmələ gəlir.Bu zaman uşaqda yeməyə qarşı ikrah hissi yaranır,bəzən qaytarma,qusma da olur.Bəzən iştahasız uşagı yedizdirmək üçün müxtəlif metodlardan istifadə edirlər(nagıl danışmaq,cizgi filminə baxmaqla uşagın fikrini yayındırıb yedizdirmək).Bu da komək etmədikdə uşagi məcburi qidalandirirlar.Bütün bunlar sinir sistemində qida mərkəzinin oyanıqlıgının kəskin azalmasina,qidalanma prosesinə qarşı neqativ reaksiyaya səbəb olur.Son vaxtlar yeniyetmeler arasinda nevrotik anoreksiya cox rast gelinir.Onlarin öz xarici görünüşünden narazı qalması yeməkdən imtina etmələrinə,iştahasızlıga gətirib çıxarır.
I-li anoreksiyanın müalicəsində sebebi aradan goturmek ve tedricden qida rejimini normallaşdırmaq lazımdir.2yaşdan boyük uşaqlarda iştahanı stimulyasiya ücün xiyar,pomidor,sogan,sarimsaqlı terevez salatları da menyuya daxil edilmelidir.
Uşagın öz yaşıdları ile bir sufrede oturub yemək yeməsi də effektiv vasitələrdən biridir.Əgər uşaq yemək istemirsə,onu məcbur etmək,cəzalandırmaq olmaz! Növbeti yemək saatını gözləmək lazımdır.Əgər uşaq yeyərkən çeynəmə,udma gecikirsə,qidanı agızda çox saxlayırsa, ona udmanı asanlaşdırmaq üçün bir az su vermek olar.Derman mualicesinde fermento-vitaminoterapiyadan istifade olunur.Yeniyetmələrin nevrotik iştahasızlıgında psixoterapevtik yardıma ehtiyac olur.


Tarix: 06.01.2015 / 14:04 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Valideynə məsləhət
loading...