Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpənizin bədən dili sizə nə izah edir

Körpələr bədən dilləri ilə bizlərə nə izah etmək istəyirlər?
Əllərini qollarını oynadar, üzlərini min bir şəklə salarlar... Anlamaq, sizə qalar. Aman tələsin! Yoxsa ən klassik üsula müraciət edərlər; ağlayıb qışqırıq qopararlar. Onun gözyaşları qarşısında çarəsiz qalmaq istəmirsinizsə, bu yazımızı diqqətlə oxumanızı təklif edirik.
Siz onun hələ danışa bilmədiyinə baxmayın. O istədiklərini bədən diliylə izah etməkdə son dərəcə qabiliyyətlidir. Tutalım ki,uzatdığınız qaşıqdakı yeməyin dadından heç xoşlanmadı və yeməməyə qərar verdi; ağızını sıx bağlayar, gözlərini böyük açar, başını sağa sola oynadar... Bu davranışı, 'Ye-diz-di-rə bil-məz-sən' mənasına gəlir... Təbii ki,analar bunu dərhal anlayarr! Amma bəzən elə incə mesajlar verərlər ki, anlamaqda çətinlik çəkə bilərsiniz. Xüsusilə ilk dəfə ana , ata olmusunuzsa körpənizin bədən dilini kəşf etmək üçün bir az çalışmanızda fayda var. Çünki ,danışa bilmədiyi üçün bədən diliylə bildirdiklərini anlamanız həm ünsiyyətinizi gücləndirər , həm də ona köməkçi olmanızı asanlaşdırar. Yaxşı körpəniz nəyi, necə izah edər? Bu problemin cavabını hazırladığımız yazıda tapacaqsınız.
'Yemək istəmirəm'
Çox ana üçün körpənin yemək zamanı, çətin anlar deməkdir. Məlumdur, körpənin sağlam inkişafı üçün kafi yeməyi yeməsi lazımdır. Bunu bilən anaların psixologiyası, belə düstura qərar verə bilər; bir qaşıq, bir qaşıq daha... Analar qaşıqda inadkardırlar. Amma körpələr analarıyla həm fikir olmaya bilərlər. Hələ 'istəmirəm' deyə bilməyəcək qədər kiçik olduqlarından sözlə izah edə bilmədiklərini bədən diliylə izah etməyə çalışarlar. Ağızları sıx bağlayarlar. Siz müxtəlif komikliklərlə güldürərkən ağızına saldığınız yeməyi, zövqlə üzünüzə tüpürərlər. Bu mərhələdən sonra inad etmənin mənası yoxdur. Hətta bu mərhələyə gətirmək belə səhvdir. Çünki körpələrin doyma hissi vardır və bu his onlara nə qədər yemələri lazım olduğunu da bildirər. Körpənizə inanmanız, onun hislərinə hörmətlə yanaşmanız lazımdır. Yaxşı, ya körpəniz doyma oyunu oynayırsa? Bax bunu bilməniz üçün bir neçə ipucu.
Vəziyyət: 1
Önünə qoyulan yeməyi rədd etməsindən əvvəl körpənizi yaxşı müşahidə edin. Körpələr aç olduqlarını ifadə edəcək hərəkətlər edər. Siz yeməyi göstərdiyinizdə gözlərindəki parıltı artar. Ağızını açıb bağlayar, əllərini və qollarını yelləyər. Həyəcanlandığını görməmək mümkün deyil. Doyduğunda isə baxışları yemək qabında deyil. Ətrafda maraq əlaqəsini çəkən obyektlərə diqqətlənər. Əliylə yemək qabını itələyər. Verdiyiniz yeməyi udmadan əvvəl ağızında daha uzun müddət saxlayar. Əgər bu əlamətləri görürsünüzsə, körpənizi məcbur etməmənizdə fayda var. Amma daha yeməyini qurtarmadı deyə düşünürsünüzsə yanılırsınız. Sağlamlığında bir problem yoxdursa körpələrin də eynilə biz böyüklər kimi daha az iştahı olduğu zamanlar olduğunu düşünə bilərsiniz.
Vəziyyət: 2
Körpələr tez-tez, bilmədiyiniz səbəblərlə ağlaya bilərlər. Körpəniz belə ağladığında ilk ağılınıza gələn 'aclıq' olmamalıdır. Əgər körpənizi daha əvvəl qədərincə doyduzdurduğunuzu bilirsinizsə ya da ağladığı vaxt ac olmadığını düşünürsünüzsə boş-boşuna yorulmayın. Körpənizin yenə bədən diliylə sizə ac olmadığını başını yelləyərək, əmzik ya da sinə ucunu ağızından çıxararaq izah edəcək. Diqqət, yemək təklifləriniz onun daha çox əsəbiləşməsinə də səbəb ola bilər.
Təklif
Körpənizi qarşınıza oturdun. Qollarınızı sinənizin üzərinə gətirin və bütün diqqətinizi körpənizin gözlərinə cəmləşdirin. Ona ciddi bir üz ifadəsiylə baxın. Bu baxış, əgər dəcəllik etdiyini düşünürsünüzsə, dəcəlliklərini bildiyinizi amma təsdiqləmədiyinizi müəyyən edər. Bu vəziyyətdə körpəniz dəcəlliklərindən imtina edə bilər.


Tarix: 06.01.2015 / 14:16 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Valideynə məsləhət
loading...