Ehtiyacınız olan vəsaitlər bunlar:
3 yemək qaşığı karbonat
3 yemək qaşığı hindistancevizi yağı
15-20 damla nanə (peppermint) yağı
Bütün vəsaiti kiçik bir kasanın içində bir qaşıq köməyiylə yaxşıca qarışdırın, homogen bir konsistensiya əldə edincə, əldə etdiyiniz məcunu qapaqlı şüşə bir qaba köçürün.
Təbii diş məcununuzun bəzini meydana gətirən karbonat ağızdakı təbii pH tarazlığının qorunmasını və dişlərin ağlaşdırılmasını təmin edər. Hindqozu yağı həm xoş bir dad, həm də konsistensiya verər. Nanə yağı isə nəfəsin təzələnilməsinə, sinusların açılmasına köməkçi olarkən eyni zamanda bakteriyaları öldürücü xüsusiyyətə malikdir.
İstifadə edəcəyiniz uçucu yağ miqdarını zövqünüzə görə nizamlaya bilər, nanə yağı yerinə ya da onunla birlikdə limon, qərənfil, çay ağacı, zəncəfil kimi fərqli uçucu yağları seçim edə bilərsiniz. Son olaraq, əgər bir az daha şirin bir məcun əldə etmək istəyirsinizsə bu qarşımın içinə 2 çay qaşığı stevya əlavə edə bilərsiniz.
Tarix: 06.01.2015 / 15:10 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Valideynə məsləhət