Özünü yaxşı hiss et dəftəri
Ailənin bütün üzvlərinə balaca bir qeyd dəftərçəsi alın. Hər gün axşam yeməyindən sonra yaxud yatmazdan əvvəl hamı həmin gün onu xoşbəxt hiss etdirən 6 hadisəni yazsın. Burada məqsəd, yaşadığımız gözəlliklərə yönəlmənizdir. Çünki əsasən diqqətimizi pis və narahatedici hadisələrə o qədər cəmləyirik ki, kiçik təbəssüm, avtobusda rastlaşdığımız maraqlı hadisə, gülməli bir zarafat arxa plana keçir. Əgər uşağınız yazı yaza bilmirrsə, şəkil çəkə bilər yaxud sizlərdən kimsə onun əvəzinə yaza bilər. Əgər ağlına heçnə gəlmirsə, gün ərzində yaşananıları xatırlamasında ona kömək edə bilərsiniz. Ailənizi həyatdakı xoşbəxtlikləri axtarıb tapa bilən ailə edin.
Tarix: 06.01.2015 / 14:45 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Valideynə məsləhət
loading...