Uşağınıza əhəmiyyət vermək, fikirlərini dinləmək və ona qiymətli olduğunu hiss etdirə bilmək mənlik qəbulu üçün çox əhəmiyyətlidir. Ana-atalar mükəmməl deyil, insandır. Əvvəlcə bunu qəbul etmək lazımdır. Bu səbəbdən davamlı doğru davrana bilməz, amma doğru ünsiyyətqurmağa səy göstərə bilərlər.
İdeal ana-ata olmaq üçün özünüzə bu sualları verin!
-Uşağınızın sizdən çox fərqli bir fikiri olmasını anlamağa çalışa bilərsiniz?
-Uşağınız sizin düşündüyünüz kimi düşünmək məcburiyyətindədir?
-Öz uşaqlığınızda həyat ilə əlaqədar düşüncələrinizi xatırlayırsınız?
-Onları üsyana təşviq etmədən özünüzü ifadə edə bilərsiniz?
-Uşaqlarınızın məsuliyyət ala bilməsi üçün nəzarət etməkdən imtina edə bilərsiniz?
-Mən haqlıyam deyə düşünmək yerinə, "görəsən nə hiss edir?" Deyə düşünə bilərsinizmi?
-Uşaqlarınızla dürüst və şəffaf bir əlaqə qura bilərsiniz?
-Ana-ata olmaqdan qaynaqlanan güc və nüfuz faktı yerinə, bir fərdin həyatı anlamasına rəhbərlik etmə fikirinə alışa bilərsiniz?
-Uşaqlarınızı dəyişdirməyə çalışmaq, onları kəşf etməyi və içlərindəki zənginlikləri görməyi bacara bilərsiniz?
-Uşaqlarınızı sizə bağlı olaraq görmək yerinə, müstəqil və azad görə bilərsiniz?
Budur, doğru ana-ata olmağın sirləri bu sualların cavablarından keçir.
Tarix: 06.01.2015 / 14:14 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Valideynə məsləhət