Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xocalim

Sən-boğazımdakı
içimi göynədən acı qəhər.
Sən-adı ürəklər dağlayan
yanıb-yanıb külə dönən,
Şəhid şəhər Xocalım!

Söylə səni yad etməkçün
Gətirdiyim bu gülləri
Qoyum hara Xocalım?!
Qoynunda qalmaq yolunda ölmək istərdim,
Neyləyim yoxdur heç əlacım!!!
Mən səni düşünə-düşünə ,
Mən səni ağlaya-ağlaya ,
Qocaldim Xocalim!!!


Tarix: 26.12.2014 / 16:59 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...