Görüşərik
Vətən dərdi çox ağırdı,
Çox ürək bundan ağrıdı.
Görsəm ki, Vətən çağırdı,
Qarabağda görüşərik.
Bir olmaqdı diləyimiz,
Qoy bir vursun ürəyimiz.
İnşəalah, bir gün də biz,
Ağrıdağda görüşərik.
Ayrı-ayrı yaşasaq da,
Göz yaşında boşalsaq da,
Şaxta-sazaqda qalsaq da,
Bir yaylaqda görüşərik…
Tarix: 26.12.2014 / 16:56 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...