Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xocalı faciəsi...

O fevral gecəsi şaxtalı bir gün,
Əsası qoyuldu ən böyük zülmün.
Xocalı qırğını,Xocalı hüznü,
Vətən ağrısıdır bu matəm günü.

Dünyada heç belə qırğın olarmış?!
İnsan da insanı parçalayarmış?!
Düşmən bu cür açdı öz iç üzünü,
Tanıtdı dünyaya onlar özünü.

Cavana,qocaya,hətta körpəyə,
Aman vermədilər heç bir ürəyə.
Onların bayrağı o gün düzəlmiş,
Süngüyə keçilmiş körpələr imiş!

Həm anaq,anlayaq,unutmayaq biz,
Dünyada yaransın qara himnimiz.
Xocalı qırğını,Xocalı hüznü,
Vətən ağrısıdır,bu matəm günü!


Tarix: 26.12.2014 / 16:44 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...