Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölürəm! Şuşada ölməkdən ötrü

Nətavan, Vaqifin sözləri üstə,
O ana torpağın dizləri üstə,
Vətən həsrətilə olmuşam xəstə,
Ölürəm Şuşada ölməkdən ötrü.

Vətən arasına salıblar pərdə,
Ürək həsrət çəkib, dözmür bu dərdə,
Ölmək istəmirəm başqa bir yerdə,
Ölürəm Şuşada ölməkdən ötrü.

Həsrəti toplayıb sözümdə qoyma,
Bu qəmi, kədəri üzümdə qoyma,
Tanrım, bu istəyi gözümdə qoyma,
Ölürəm Şuşada ölməkdən ötrü.

Ya Rəbbim gəl artır bu məhəbbəti,
Yansın külə dönsün düşmən niyyəti,
Dağıt buz dağını, bitir həsrəti,
Ölürəm Şuşada ölməkdən ötrü.

Ürəklər ah çəkir səssiz – səmirsiz,
Axıb göz yaşları, olub bir dəniz,
QURBAN ASLAN deyir: hər bir yer əziz,
Ölürəm Şuşada ölməkdən ötrü.


Tarix: 26.12.2014 / 16:35 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...