Bu vətən , bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
əyninə qanından bir köynək geyib
düşmənin yolunu kəsdi Şəhidlər.
Təki vətənimiz düşməsin dara
Baxmayıb soyuğa , borana , qara
Cavab vermək üçün o azğınlara
Hər bir çətinliyə dözdü Şəhidlər.
Arzusu göylərə , yerə sığmayan
Araza sığmayan , Kürə sığmayan
Nağıla , dastana , şerə sığmayan
ən ali , müqəddəs sözdü Şəhidlər.
Torpaq götürməsin bu qanı , qardaş.
Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal çəkilə
Cəsədiniz yoxdu kəfən bükülə
Biz necə oxşayaq yaranı ,qardaş,
Torpaq götürməsin bu qanı ,qardaş.
Əliniz ümiddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ
“Sevirəm”kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş.
Bəlkə ana,bacı kitiyə , dönə
Yandıqca bir yanar körüyə dönə
Bu yoldan çətin ki , geriyə dönə
Vətən çətin dönüb usanır , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş ,
Tarix: 26.12.2014 / 16:55 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: VƏTƏN ŞEİRLƏRİ