Vətəni sarsıdan iş belə qalmaz
Çoxalır dünyanın dərdi günbəgün,
Tab etməz, ağarar baş belə qalmaz.
Açılmaq yerinə çoxalır düyün,
Hiddətdən çatılar, qaş belə qalmaz.
Acgözlər salıblar dünyanı dərdə,
İstəklər üstünə çəkilib pərdə.
Günahsız insanlar qəmdə, kədərdə,
Qüssədən əriyər, daş belə qalmaz.
Tumara qərq olub qana çalxayan,
Göz yaşı gətirən, qan-qada yayan,
Arada qalana tapılmır həyan,
Gödənlər dağıdan diş belə qalmaz.
Çoxdandır atlanıb bəy oğlu bəylər,
İstəsə, səyirdər, istəsə əylər,
Yüz dəfə dağıldı, heç oldu səylər,
İrəli gərilən döş belə qalmaz.
Durmadan çoxalır, artır qan-qada,
Oğullar özlərin atırlar oda.
Ya ölüb qurtarmaq, Azadlıq ya da,
Vətəni sarsıdan iş belə qalmaz.
Tarix: 26.12.2014 / 16:37 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...