Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unutmayaq

Təbrizli, İrəvanlı , Kərküklü ,
Axısxalı babalarımız
vətənindən , yurdundan
Ayrı qürbətdən , həsrətdən ,
dərddən böğulub öldülər.
Atalarımlız əcdadlarının
döğulduğu torpağı görmədən,
yaşıl yallı yamacların yaxasına
izlərini sərmədən
doğulub… öldülər.
Sonra da Zəngəzur ,Meğri ,Ağbaba
Sonra Dərələyəz yarası gəldi.
Sonra Vedibasar pələsəng oldu
Sonra da Göyçənin sırası gəldi.
Beləcə qovula-qovula doğulduq
boğula –boğula doğulduq.
Döyülə-döyülə böyüdük
Dabanlarımızdan
Soyula-soyula böyüdük,
Içimizdə yumruğumuz
düyülə -düyülə böyüdük
çatdıq XX əsrin sonuna
əli boş , üzü qara .
Başımın üstündəki
bir parça göyə baxıram
ayağımın altında
üzük qaşı kimi sarılmış ,
sərhədləri daralmış
torpaqlara.
Əvvəlin sonuydu bu
Ya sonun başlanğıcı?
Bu qətl günüydü, bu
qanlı bir tamaşanın ,
oyunun başlanğıçı.

Təzədən əvvəlin sonuna düşdük.
Arxalı köpəklər qurd basdı yenə.
Təzədən didərgin gününə düşdük,
Ocaq yerlərini ot basdı yenə.
Aynabəndli ağban evlərımızı
xatirələrimizə gömüb
çadırların qəribliyinə qısıldıq .
bir yanıqlı bayatıya dönüb
köz –köz olan sinələrə yazıldıq .

Təzədən itirdik ellərimizi
Təzədən qan axdı, tufana düşdük.
Bir ovuc erməni yenmədi bizi
Durduğumuz yerdə böhtana düşdük.

Kimlərsə çərpələng uçurduğu göyləri
Pencər yığdığı düzləri itirdi.
Kimlərsə sevdiyi , bu gün,sabah
Üzük taxacağı qızları itirdi.
Günümüz itkilərlə keçdi,
Sabahımız itkilərə açıldı.
Arzularımız böyüdükcə
Törpaqlarımız kiçildi.


Tarix: 26.12.2014 / 16:37 Müəllif: Aziza Baxılıb: 107 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...