Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsrətindəyəm

Xəyalım dolanır uca göyləri,
Ağdamın, Laçının həsrətindəyəm.
Şuşada Cıdır düzü, kəlbəcərdə Turşsuyun,
Zəngilan, Cəbrayılın həsrətindəyəm.
==============================
Xocalı dərdi yandırır bizi,
Vətən nalə edib çağırır bizi,
Qubadlı, Füzuli gözləyir bizi,
Zəngəzur, Göyçənin həsrətindəyəm.
==============================
Kəlbəcərdən Turşsuya enəndə dayan,
İsa bulağının yoxdur suyundan doyan.
Topxana meşəsini ediblər talan
Cıdır düzündə at çapmağın həsrətindəyəm.
=================================
Horadizdir Füzulinin döyünən ürəyi,
Zəngilan, Qubadlıdır xalqın diləyi,
Göyçədir Dədə Ələsgərin vətəni,
Valehin diyarı, Gülablı həsrətindəyəm.
================================
Yazmağla qurtarmayır dərdimiz,
Vətən əldən getsə, de qaldı nəyimiz,
Ağdərə, Xankəndi bizim dərdimiz,
Sahil, bütün Qarabağın həsrətindəyəm.


Tarix: 26.12.2014 / 16:34 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...