Azərbaycan şeiri
Əziz Azərbaycan, ey gözəl diyar,
Anamın mehriban qucağı sənsən.
Könül tərlan’ının uçub qonduğu,
Onun çox sevdiyi budağı sənsən.
Sənsən düşündüyüm sənsən andığım,
Mən bu dünyada arxalandığım.
Yetər alışdığım, yetər yandığım,
Şirin qəlbimin sorağı sənsən.
Qoy açsın könlümü sözlərim mənim,
Səndən nəcat umur gözlərim mənim.
Hələ əyilməyib dizlərim mənim,
Çünkü o dizlərin dayağı sənsən.
Desəmdə vurğunam divanə sanma,
Mən ki, öz oğlunam biganə sanma.
Bir şəmsiz, atəşsiz, pərvanə sanma,
Yandığım odların ocağı sənsən.
Qoy bilsin ey vətən bu alçaq yağı,
Solmaz baxçamızın yaşıl yarpağı.
Sən Babək yurdusan, Azər torpağı,
Aslanlar oylağı, Yatağı sənsən.
Tarix: 26.12.2014 / 16:25 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...