Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VƏTƏN ŞEİRLƏRİVətən............

Konlumun sevgili mehbubu menim
Vetenimdir,vetenimdir,vetenim.
Vetenim verdi mene nanu-nemek,
Veteni mence unutmaq,ne demek?

Anadir her kishiye oz veteni,
Besleyib sinesi ustunde onu.
Sududur ki,dolanib qanim olub,
O,menim sevgili cananim olub.

Saxlaram gozlerim uste onu men,
Olerem elden eger getse veten.
Vetenin nemeti nisyan olmaz,
Naxelefler ona qurban olmaz.

Veten ecdadimizin medfenidir.
Veten ovladimizin meskenidir.
Veteni sevmeyen insan olmaz,
Olsa da ol shexsde vicdan olmaz. Ardı »

VƏTƏN ŞEİRLƏRİUlu bir sərkərdə, ulu bir öndər.

Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə, ulu bir öndər.

Ucaltdı hər yerdə bayrağımızı,
Yazdı tarixlərə ad- sanımızı.
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə, ulu bir öndər.

Hara baxırsansa nişanələri,
Özündən sonrakı abidələri.
Bizləri tərk etmir xatirələri
Ulu bir sərkərdə, ulu bir öndər.

Heydər adı dastanlara çevrildi,
Onun qüdrətini yer üzü bildi.
Allah onu yurdumuza yetirdi,
Ulu bir sərkərdə,ulu bir öndər.

Zəhmətiylə dirçəltdi yurdunu,
Gücləndirdi yenilməyən ordunu.
Ödəyibdir min rəhbərin borcunu,
Ulu bir sərkədə,ulu bir öndər

Bu idi məqsədi vətən ucalsın,
Oğulları düşmənləri dağlasın.
Analar gözünü sevinc ağlatsın,
Ulu bir sərkərdə, ulu bir öndər.

Əlindən gələni xalqına etdi,
Ağ günə çıxarıb dünyadan getdi.
Qomadı desinlər yolunuz bitdi,
Ulu bir sərkərdə, ulu bir öndər.

Özündən sonra bir Ardı »

VƏTƏN ŞEİRLƏRİAzərbaycan (Səməd Vurğun şeiri)

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hanki səmtə, hanki yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!
Eşitmişəm uzaqlardan
Sakit axan arazları,
Sınamışam dostu, yarı…
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə.
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır.
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə,
Keçən bir şöhrətin vardır.
Oğlun, qızın bəxtiyardır…
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə.
Qara xal ağ üzlərə,
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza…
Ölməz könül, ölməz əsər,
Nizamilər, Fizulilər
Əlin qələm, sinəm dəftər,
De gəlsin hər nəyin vardır.
Deyilən söz yadigardır. Ardı »

VƏTƏN ŞEİRLƏRİVətən sevgisi

Soyadım Səfərli,adımdır İlkin,
Savaşda zorluyam,bilikdə zəngin.
Atamdan alaraq həyat dərsini,
Öyrəndim çəkməyə vətən qeyrətin.
***
Sevirəm vətənin hər qarışını,
Günəşli yayını,qarlı qışını.
Yayın istisində təşnə söndürən,
Qonaqlı-qaralı bulaq başını.
***
Qəlbimə hakimdir vətən sevgisi,
şahdağın vüqarı,Göy-göl incisi.
Gülüstan çəməni,bağçası-bağı,
Çöllərin bəzəyi,hər növ bitkisi. Ardı »

VƏTƏN ŞEİRLƏRİDöyüşə hazırıq

Yenə imtahana çəkirlər bizi,
İllərdir dörd tərəf olub qan-qada.
Azara salıblar ürəyimizi,
Odunsuz, ocaqsız düşmüşük oda.

Elə bil sönübdür ayın bənizi,
Azalıb günəşin hərarəti də.
Fırtına qaldırsa insan dənizi,
İtəcək dünyanın səadəti də.

Çox su aparacaq bu xamır hələ,
Araya girənlər çox ərköyündü.
Yüz yara vuruldu obaya, elə,
Neçə yüz igidin çırağı söndü.

Fərmanlar bağlayıb əl-qolumuzu,
Səslənir Babəkin qılıncı qında.
Günbəgün göylərə çəkilir ruzu,
Milyonlar tapdanır haqqın yolunda.

Qan-qada yurdumu gətirib cana,
Döyüşə hazırıq, çalın cəngini.
Zülmətin ömürü yetişir sona,
Sahilə yan alır Azadlıq günü. Ardı »

VƏTƏN ŞEİRLƏRİAzErBaYcAn!!!♥♥♥

Arzularin qanadi
Yenilmez AzErBaYcAn!
Daglar teki vuqarli
Eyilmez AzErBaYcAn!

Yanar odlar torpagi
Meshelim AzErBaYcAn!
Hech vaxt sonmez ishigi
Guneshim AzErBaYcAn!

Qehremanlar diyari,
Ureyim AzErBaYcAn!
Gezecek ulduzlari
Dileyim AzErBaYcAn!

Sen bu dunyanin nebzi,
Hem beyni AzErBaYcAn!
Medeniyyet merkezi
Kechmishim AzErBaYcAn! Ardı »

VƏTƏN ŞEİRLƏRİƏsgər şeiri

Derd yigar qelbine bir kelme demez,
Nece gun darixar, yemek de yemez.
Gozleri yol ceker, ister-istemez,
Yoldas olar qeme, kedere esger.

Evveller xidmeti “tez biter” sanar,
Hesretden ureyi odlanar, yanar.
Ozune teselli biler, qursanar
Siqaret adlanan zehere esger.

Ailesin dusuner, gozleri dolar,
Qelbinde cox arzu, cox istek solar.
Xidmet bitenecen cavabdeh olar,
Formaya, silaha, kemere esger.

Ata, ana, dayi, emi 10 gunluk,
Ailesi unudar qemi 10 gunluk.
Mezuniyyet catar, cemi 10 gunluk,
Gedib qonag olar shehere esger.

Qayidib gelende darixar yaman,
Evvel oldugu tek uzuler her an.
Sonralar oyreser, kecdikce zaman,
Bas eyer qismete, qedere esger.

3 ay qalmis ona “dembil” deyiler,
O sanki sebrini tukenmis biler.
Sayili gun qalmis ferman veriler,
Seviner bu gelen xebere esger.

Dua edib, elin qaldirar goye,
Nehayet son gece… Sayar Ardı »

VƏTƏN ŞEİRLƏRİBayraq..

Bayraq bizim ürəyimiz,
O bizim dövlət rəmzimiz.
Qəlbimiz tək sevək onu,
Həmişə uca tutaq onu!

O,bizə anadan,atadan əzizdir,
Mavi rəngi ,sanki mavi dənizdir.
Qırmızı rəng şəhidlərin qanıdır,
yaşıl rəngdə ,Peyğəmbər əbasıdır. Ardı »