Yurd bəxtimə para düşüb
Gündən-günə yaxınlaşır,
Bir ünvansız ölüm mənə.
Qayğılarım aşır, daşır,
Kömək olur dilim mənə.
Nəyim varsa baxtdan gəlir,
Haqq göndərib, haqdan gəlir,
Nə ağrı var, yoxdan gəlir,
Qahmar çıxır əlim mənə.
Yolum sazaq, qara düşüb,
Yurd bəxtimə para düşüb,
Vətən yaman dara düşüb,
Yaraşmır bu bölüm mənə.
Dağım girov, tarlam əsir,
Yurddaşlarım əsir-yesir,
Qar üşüdür, soyuq kəsir,
Yuva oub çölüm mənə.
Yada qalıb dövlət-varım,
Yeyib gəzir harın-harın,
Qışa dönüb ilk baharım,
Həsrət qalıb gülüm mənə.
Qalmayıbdır daha dözüm,
Öləziyir odum, közüm,
Mən neyləyim, canım, gözüm,
Zalım olub zalım mənə.
Hayqırmasan dağ oyanmaz,
Od tutmayan odda yanmaz,
Haqq söyləyən haqqı danmaz,
Kömək ola elim mənə.
Tarix: 26.12.2014 / 16:40 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...