Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

iOS 8 platformasında nə yenilik var?

Apple” şirkəti yeni “iOS 8″ mobil platformasını nümayiş etdirib. Təqdim edilən platformanın əsas yeniliklər sırasına “HealthKit” fitnes-platforması, mahnıların səs əmri vasitəsilə tanınması, mesaj və multimedia məzmunu ilə daha asan mübadilə etmək funksiyası daxildir.

Adı çəkilən yeni mobil əməliyyat sistemi haqqında “WWDC” konfransında proqram təminatı üzrə baş vitse-prezident Kreyq Federiqi məlumat verib. O bildirib ki, “iOS 8″ platformasına əsaslı fəyişiklik edilməsə də, onda sistemin əvvəlki funksional problemlərini kompensasiya edən bir neçə funksiya işə salınıb.

Artıq, istifadəçilər “iMessages” xidməti vasitəsilə şəkil, videoçarx və səs yazılarını bir jestlə digər istifadəçiyə göndərə biləcək. Əgər qəbul edən istifadəçi bu məlumatları saxlamasa, iki dəqiqədən sonra həmin kontent silinəcək.

Yeni “iOS 8″ sistemində həmçinin daxili “Healthkit” platforması və “Health” tətbiqi istifadəyə verilib. Adı çəkilən proqram addımların sayını, qət edilmiş məsafəni, sərf edilmiş kalorini, təzyiq, nəbz, qanda qlükozanın səviyyəsini və başqa göstəriciləri qeydə alır. Tətbiq, həmçinin hansısa göstərici normadan artıq və ya az olduğu halda həkiminizə bu haqda mesaj göndərə bilər.

Platformanın başqa bir funksiya musiqinin tanınmasıdır. Bunun üçün “Apple” şirkəti “Siri” səs köməkçisi ilə “Shazam” xidmətini birləşdirib. Nəticədə istifadəçi smartfondan hazırda hansı musiqinin səsləndiyini soruşa biləcək və “Siri” səs köməkçisi “Shazam” xidmətinin köməyi ilə tanıma sistemini işə salacaq.

“iCloud fotoarxivi” funksiyası isə şəkilləri qurğularda sinxronlaşdıracaq, həmçinin şəklin redaktəsi üçün yeni funksiyalara (parlaqlıq, ziddiyyət, rəng və başqa xüsusiyyətlərin sazlanması) giriş təmin edəcək.

Qeyd edək ki, “iOS 8″ sistemi “iPhone 4S”, “iPad 2″, “iPad mini” və 5-ci nəsil “iPod Touch” üçün planlaşdırılıb.


Tarix: 07.01.2015 / 13:50 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Texnobaz
loading...