Texnologiya nə qədər inkişaf etsə də, hələ də bütün məlumatları bir qurğudan digərinə ötürmək üçün əlavə alətlərdən istifadə edirik. Ötürücü dedikdə isə ilk olaraq ağlımıza USB gəlir. Son illər böyük şirkətlər tərəfindən USB-dən istafadəni asanlaşdırmaq üçün bir neçə təklif irəli sürülüb, ötürücüyə yeni bir neçə funksiya əlavə edilib. Ən yeni USB nümunəsi kimi isə Type-C məhsulunun adını çəkə bilərik. İndi isə bu alətin funksiyaları ilə tanış olaq.
1.Bu USB-ləri hər iki istiqamətdə taxa biləcəksiniz. Yəni kompyuterinizə USB taxarkən onun aşağı və ya yuxarı hissəsinin hansı olduğunu aydınlaşdırmağınıza ehtiyac qalmayacaq.
2.O köhnə USB-lərdən daha dar və daha kiçikdir. Bu da onu deməyə əsas verir ki, gələcəkdə USB ilə işləyən cihazlarda bu qurğunun taxıldığı yer də daha kiçik olacaq. Type C-dən isə həm indiki alətlərdə, həm də gələcəyin müasir texnikalarında istifadə etmək mümkün olacaq.
3.Bütün alətlər üçün tək kabeldən istifadə edəcəksiniz. Yəni, telefonunuz üçün ayrı, tabletiniz üçün ayrı kabel istifadə etməyinizə ehtiyac qalmayacaq.
4.Bütün cihazlar USB 3.1 formasına salınacaq. Bu da sizə əvvəlkindən daha çox məlumat ötürmək və zamana qənaət etmək imkanı yaradacaq.
Yeni alət haqqında hələ ki, bu məlumatlar açıqlanıb. Bütün funksiyaları haqqında tam məlumat verilməsə də, onun 2015-ci ildən artıq satış bazarına çıxarılacağı gözlənilir.
Tarix: 07.01.2015 / 13:47 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Texnobaz