Enerjisi heç vaxt bitməyən telefona sahib olmaq yəqin ki, çoxlarımızın arzusudur. Hələ ki belə bir telefona sahib olmağımız real görünməsə də, 15 yaşlı gənc ixtiraçı Angela Casimiro demək olar ki, bu ixtiraya yaxın bir yenilik kəşf edib. O bildirib ki, hətta evdən kənarda, elektik enerjisinin olmadığı yerlərdə belə telefonumuzun enerji yığ`ması tamamilə mümkündür.
Yeni bir ideya ilə “Google Elm” müsabiqəsinə qatılan Casimiro iddia edib ki, ayaqqabıya yerləşdirilən iki cüt piezo-elektrik diski vasitəsilə telefonumuz və kiçik batareyalı əşyalarımız üçün enerji əldə edə bilərik. Gənc ixtiraçınınn sözlərinə görə, gəzərkən və ya qaçarkən ayaqqabımızın yaratdığı kinetik enerjini düzgün formada telefona yönləndirməyi bacarsaq, onun enerji yığması üçün uzun müddət vaxt sərf etməyimizə, gözləməyimizə ehtiyyac qalmayacaq. İxtiraçının sözlərinə əsasən, gün ərzində iki saat basketbol oynamaqla “İpone” üçün 10 dəqiqəlik enerji əldə etmiş olacağıq.
Mütəxəssislərin fikirlərinə görə isə bu ideya daha da təkmilləşdirildiyi halda gələcəyin əsas texnologiyası hesab edilə bilər.
Tarix: 07.01.2015 / 13:49 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Texnobaz