Avtomobillər haqqında o qədər də geniş məlumatı olmayan alıcılar adətən maşın alarkən yalnız onun xarici görünüşünə fikir verirlər. Bu isə təbii olaraq çox qısa zamanda onların avtomobildən şikayətlənməsinə, seçimlərindən narazılıq etmələrinə səbəb olur. Bu dəfəki məqalədə sonradan peşmanlıq çəkməmək üçün sizə avtomobil alarkən diqqət etməli olduğumuz bəzi detallar haqqında məlumat vermək istəyirik.
Deyək ki, avtomobil bazarınıza getdiniz, burada diqqətinizi cəlb edən onlarla model var. Bəs onların içərisində sizin istədiyiniz hansıdır?
Bu suala cavab tapmazdan əvvəl sneçə nəfərlik minik vasitəsinə ehtiyacınız olduğunu və onu hansı hava, iqlim, yol şəraitində istifadə edəcəyinizi nəzərə almamlısınız. İki nəfərlik maşın sizin üçün yetərlidir, yoxsa beş nəfərlik oturacaqlar belə sizə darlıq edir? Yaşadığınız ərazinin yolları, yəni avtomobili idarə edəcəyiniz yollar hansı vəziyyətdədir? Maşını şəhər içində, yoxsa yoxsa şəhərkənarı yerdə idarə etməyi planlaşdırırsınız? Bu sualları cavablandırdıqdan sonra artıq sizə lazım olan avtomobili axtarmağa başlaya bilərsiniz. Bu tələblərinizə cavab verən avtomobilə rast gəldiyinizi düşünürsünüzsə, ilk etməli olduğunuz onu sınaq üçün idarə etməkdir. Sınaq sürüşü zamanı isə avtomobilin sükanına, sürətlənmə və dayandırma əmirlərini yerinə yetirməsinə, sürüş rahatlığına, səs-küy səviyyəsinə, oturacaqların nizamlanmasına, baqaj və əşya saxlama bölmələrinə, radio, CD, DVD, MP3 sistemlərinin işləmə müxanizminə- bir sözlə, hər incə detala ayrılıqda diqqət yetirin.
İstədiyiniz avtomobil bu sınaqlardan üzüağ çıxdısa, indi sizi qarşıda sonuncu və əsas mərhələ gözləyir: alqı-satqı.
Avtomobili bir şəxsdən alırsınızsa və onun oğurluq olub-olmadığını bilmək istəyirsinizsə, satıcı ilə onun evində görüşməyiniz daha məqsədəuyğundur. Belə etdiyiniz zaman siz onun danışığından, ailəsindən nə dərcədə etibarlı insan olduğunu anlaya bilərsiniz.
Görüşdüyünüz zaman satın aldığınız şəxsdən maşının sənədləri ilə yanaşı, avtomobilin vergi borcunun olub-olmadığını göstərən sənəd də tələb edin. Satıcıdan avtomobili niyə satdığınızı soruşduğunuz zaman çox güman ki, ya maddi imkanı aşağı olduğu üçün, ya da daha bahalı başqa avtomobil almaq istədiyi üçün satdığını deyəcək. Amma ola bilər ki, sahibhar onu hansısa nasazlıqları olduğu üçün satır. Buna görə də yaxşı olar ki, avtomobilin ustasının nömrəsin alıb, onunla əlaqə saxlayasınız. Çünki maşını sahibindən daha çox onun ustası tanıyır.
Əgər almaq istədiyiniz avtomobil bütün tələblərinizə cavab verirsə, artıq ürəyiniz tam rahat halda seçiminizi edə bilərsiniz.
Tarix: 07.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Texnobaz