Əksər sürücülər vacib lazım olmadığı müddətcə avtomobildən istifadə etmək istəmirlər. Əgər sizi mənzil başına çatdıracaq rahat və ucuz ictimai nəqliyyat vasitəsi varsa, bu tam məqsədəuyğun qərardır. Amma belə bir imkanınız yoxdursa, təssüflənməyə dəyməz. Bu dəfəki məqaləmizdə sizə daha az yanacaq istifadə edərək istədiyiniz ünvana çatmağın yolları barədə məlumat verəcəyik.
1. Prioritet olaraq ən böyük düşməniniz yüksək sürətdir. Avtomobili nə qədər sürətlə idarə etsəniz, o bir o qədər çox müqavimətlə rastlaşır və orta sürətlə hərəkətə nisbətən iki dəfə daha artıq enerji xərcləyir.
2. Qəfil şəkildə döngələr dönmək avtomobilinizin daha çox enerji itirməsinə səbəb olur. Buna görə də daha yaxşı olar ki, döngələrdə girişdə və çıxışda qaza basmadan, asta sürətlə hərəkət edəsiniz.
3. Ağır yükü olan insan yol gedərkən adi haldakından daha çox enerji itirdiyi kimi, müxtəlif çəkili əşyalarla yüklənmiş avtomobil də hərəkət zamanı lazım olandan daha çox enerji xərcləyir. Aparılan araşdırmalara görə, hər 50 kq-lıq yük yanacaq istehlakını əvvəlikinə nisbətən 7% artırır. Buna görə də çalışın ki, uzaq səfərə çıxarkən maksimum dərəcədə lazımsız əşyaları nə özünüzə, nə də avtomobilinizə yük etməyəsiniz.
4. Tıxacların daha çox müşahidə edildiyi saatlarda yolda gözləmək. Bəlkə də çoxunuz elə düşünürsünüz ki, hər işıqforda, təxacda 2-3 dəqiqə gözləmək maşınınızın enerji ehtiyyatına o qədər də böyük ziyan vurmur, amma əmin olun ki, bu zaman itirdiyiniz enerjiyə qənaət etdiyiniz halda büdcənizdə tez zamanda özün biruzə verəcək.
5. Kondisionerdən hər dəfə istifadə etməyiniz avtomobilin10%-ə yaxın artıq benzin itirməyinə səbəb olur.
6. Avtomobili uzun müddət pəncərələri açıq şəkildə idarə etməklə siz özünüz də hiss etmədən onun aerodinamik quruluşuna xələl yetirmiş olursunuz. Yanacaq sərfini azaltmaq istəyirsinizsə, yaxşı olar ki avtomobilin havaya müqavimətinə də diqqət yetirəsiniz.
7. Benzin mühərriklərində alışdırma şamlarını mütəmadi olaraq yeniləməyi unutmayın. Bu həm mühərrikin gücün artıracaq, həm də yanacaq sərfini aşağı salacaq.
8. Avtomobilinizə uyğun olmayan təkərlərdən istifadə etdiyiniz halda enerji sərfi daha da artmağa başlayacaq. Ola bilər ki, siz bu faktı o qədər də ciddiyə almırsınız, amma unutmayın ki, ən incə detallar belə avtomobilinizin benzin ehtiyatında tez zamanda özün göstərir.
9. Ucuz və keyfiyyətsiz yanacaqlardan maksimum dərəcədə uzaq durmalısınız. Ola bilər ki, o sizin gündəlik büdcənizə daha uyğundur, amma qısa zamanda daha böyük maddi problemlərlə rastlaşmaq istəmirsinizsə, əvvəldən bu cür səhvlərə yol verməməyiniz məsləhətdir.
10. Avtomobilinizin baxımlı olması, hətta ən incə detalların belə təmizliyinə diqqət ayrılması çox əhəmiyyətlidir. Bu detalların hər biri çətin yol şəraitində daha az enerji sərf etməyinizə şərait yaradacq. Bu məqsədlə xüsusən də yağ filtrlərinizin təmiz olmasına və yağ seçiminə xüsusi diqqətlə yanaşmalısınız.
Bu qədər, əziz kişilər, əgər siz də tez zamanda avtomobilinizin cibinizin ən böyük düşmanına çevrilməyini istəmirsinizsə, yaxşı olar ki, yuxarıdakı məsləhətlərimizə əməl edəsiniz.
Tarix: 07.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Texnobaz