Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siləcəksiz avtomobillər gəlir

Bildiyimiz kimi avtomobilin siləcəkləri onun ən önəmli hissələri hesab edilir. Xüsusən də payız və qış fəslində avtomobili siləcəksiz idarə etmək təhlükəli hesab edilir. Heç silgiləri olmayan avtomobil təsəvvür edirsiniz?
Dünyanın ən mükəmməl idman avtomobil istehsalçısı McLaren isə keçən ilin axırlarından başlayaraq belə bir avtomobil istehsalı üzərində düşünməyə başlayıb. “McLaren”in üzərində çalışdığı yeni modeldə siləcəklərin funksiyasını ultrasəs gücünə malik qalxanlar əvəz edir. Yeni texnologiyanın təməlində ultrasəs tirtəşmə dalğaları dayanır. İnsan gözü ilə hiss edilməyən bu ultrasəs şüalanmalar saniyənin çox kiçik hissəsində avtomobilin şüşəsindəki hər cür kənar maddəni oradan uzaqlaşdırmaq qüvvəsinə malikdir. Bu titrəşimin sayəsində həmçinin avtomobil buzlanma və qar tutma kimi bir çox təhlükələrdən xilas olacaq.
Mütəxəssislərin sözlərinə görə, bundan əvvəlki modellərində də bir çox ilklərə imza atan “McLaren”in bu yeni texnikanı tətbiq etməsi tam real görünür.


Tarix: 07.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Texnobaz
loading...