Alman nəhənglərindən olan BMW istehsalatı genişləndirmək məqsədi ilə 2019-cu ildə Meksikada yeni fabrik açmağı düşünür. Bu barədə BMW-nin istehsalat üzrə baş direktoru Harald Krüger məlumat verib. Onun sözlərinə görə, Meksikada fəaliyyətə başlayacaq bu fabrik üçün 732 milyon euro ayrılıb. Orada 1500 nəfərin çalışacağı bildirilir.
Başqa bir ölkədə belə böyük fabrik açmaq barədə çoxdan düşündüklərini deyən şirkət rəsmisi həmçinin müsahibəsində niyə Meksikanı seçdiklərini də izah edib. Baş direktor bildirib ki, Meksika Amerika bazarına çox yaxın olmasına görə daha məqsədəuyğun bölgədir. Eyni zamanda Meksikanın 40-dan çox ölkə ilə sərbəst bazar müqaviləsinin olması oradan bir çox ölkəyə gömrük haqqı ödəmədən mal ixrac etməyə şərait yaradır. Buna görə də şirkət rəsmiləri düşünürlər ki, fabriki məhz bu ölkədə açmaq onlar üçün daha əlverişlı olacaq.
Tarix: 07.01.2015 / 13:49 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Texnobaz