Texnologiya həvəskarları olan bəylərimiz, xəbəriniz olsun ki, bu ilin fevral ayında Galaxy S5 məhsulunu satış bazarına çıxaran Samsung yaxın zamanlarda Galaxy S5 mini ilə yenidən gündəmə gəlməyə hazırlaşır. Bu modelin hələ nə vaxt satışa çıxarılacağı tam məlum olmasa da, artıq onun bəzi xüsusiyyətləri texnologiya aləminə məlumdur. “SamMobile”ın məlumatına görə, Android 4.4 KitKat sistemi ilə çalışacaq bu modelin daxili yaddaşı 16 GB olacaq. Eyni zamanda onun 4.5 inç ekran ölçüsünə və 720 piksel görüntü dəqiqliyinə sahib olacağı gözlənilir. Telefon ön hissəsində 2, arxa hissədə isə 13 megapiksellik kamera təmin olunacaq.
Galaxy S5 dən daha məhdud özəlliklərə sahib olacaq bu modelin barmaq izi qoruma texnologiyası ilə işləməyəcəyi bildirilir. Yeni texnoloji alətdə Snapdragon 400 prosessorundan istifadə ediləcəyi planlaşdırılır.
Tarix: 07.01.2015 / 13:47 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Texnobaz