Havalar soyuyur. Buna görə də avtomobilimizi yavaş-yavaş qış şərtlərinə uyğunlaşdırmalıyıq. Əks halda, avtomobil yaxşı işləməz və biz buzlanma nəticəsində qəza edə bilərik. Bu ehtimalları azaltmaq üçün avtomobilə qış baxımı etdirmək şərtdir.
Adi günlərdə problemsiz işləyən mühərrik çox soyuq havalarda çətinliklə işləyir. Buna görə də mühərriki tez-tez yoxlatdırmaq lazımdır.Hava temperaturu yeddi dərəcədən aşağı olduqda isə qış təkərlərinə keçmək mütləqdir. Qış təkərləri çətin hava şəraitində avtomobilinizin gücünə əlavə güc qatacaq. Bundan başqa, təhlükəsiz şəraitdə avtomobil sürmək istəyirsinizsə, şüşə silgilərinin və işıqlandırma sisteminin düzgün işləməsinə də xüsusi diqqət yetirməlisiniz.
Avtomobilin qış baxımı üçün aşağıda yazılanları etməliyik:
1. Mövcud təkərləri qış təkərləri ilə dəyişdirmək;
2. Akumlyatora nəzarət etmək, enerjisi azalıbsa, onu dəyişdirmək;
3. Mühərrik suyunun donmasının qarşısını almaq üçün suya kifayət qədər anti-friz əlavə etmək;
4. Şüşə silənlərin rezinlərinə nəzarət etmək və aynaları yaxşı təmizləmək;
5. Faralara nəzarət etmək, yanmırsa, onları dəyişdirmək;
6. Çirklənən fara şüşələrini təmiz bezlə təmizləmək;
7. Əyləc sisteminə nəzarət etmək, problem varsa, onu təmir etdirmək;
8. Donmaması üçün avtomobilimizi yumamalı və ya yudurtmamalı;.
9. Zəncir, ilk yardım çantası, buzqazan, əl fənəri kimi vəsaitləri mütləq avtomobildə saxlamalı!
Rauf Hacıyev
Read more: http://kishi.az/avtomobilini-q ... valar soyuyur. Buna görə də avtomobilimizi yavaş-yavaş qış şərtlərinə uyğunlaşdırmalıyıq. Əks halda, avtomobil yaxşı işləməz və biz buzlanma nəticəsində qəza edə bilərik. Bu ehtimalları azaltmaq üçün avtomobilə qış baxımı etdirmək şərtdir.
Adi günlərdə problemsiz işləyən mühərrik çox soyuq havalarda çətinliklə işləyir. Buna görə də mühərriki tez-tez yoxlatdırmaq lazımdır.Hava temperaturu yeddi dərəcədən aşağı olduqda isə qış təkərlərinə keçmək mütləqdir. Qış təkərləri çətin hava şəraitində avtomobilinizin gücünə əlavə güc qatacaq. Bundan başqa, təhlükəsiz şəraitdə avtomobil sürmək istəyirsinizsə, şüşə silgilərinin və işıqlandırma sisteminin düzgün işləməsinə də xüsusi diqqət yetirməlisiniz.
Avtomobilin qış baxımı üçün aşağıda yazılanları etməliyik:
1. Mövcud təkərləri qış təkərləri ilə dəyişdirmək;
2. Akumlyatora nəzarət etmək, enerjisi azalıbsa, onu dəyişdirmək;
3. Mühərrik suyunun donmasının qarşısını almaq üçün suya kifayət qədər anti-friz əlavə etmək;
4. Şüşə silənlərin rezinlərinə nəzarət etmək və aynaları yaxşı təmizləmək;
5. Faralara nəzarət etmək, yanmırsa, onları dəyişdirmək;
6. Çirklənən fara şüşələrini təmiz bezlə təmizləmək;
7. Əyləc sisteminə nəzarət etmək, problem varsa, onu təmir etdirmək;
8. Donmaması üçün avtomobilimizi yumamalı və ya yudurtmamalı;.
9. Zəncir, ilk yardım çantası, buzqazan, əl fənəri kimi vəsaitləri mütləq avtomobildə saxlamalı!
Tarix: 07.01.2015 / 13:21 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Texnobaz