Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TexnobazSuya düşən telefonu fenləmək olmaz!

Nə qədər çalışsaq da, telefonumuzu hər zaman su ilə təmasdan qoruya bilmirik. Bəs telefonlarımız suya düşəndə onu xarab olmaqdan necə xilas edə bilərik? Kishi.az saytı olaraq bunun üçün sizə bir neçə tövsiyyəmiz var.

İlk olaraq köhnə üsullarla- saçqurutma aləti və yaxud tozsoranla telefona sızan suyu qurutmaq fikrini ağlınızdan çıxarmalısınız. Saçqurutma feni suyu nəinki qurutmur, əksinə suyun telefonun daxili hissələrinə yayılmasına səbəb ola bilir. Eyni şəkildə tozsoran da suyu çəksə belə, telefonun sensoruna zərər verib həssas hissələrin canlanmasına səbəb ola bilər.
Telefonunuza su dəyibsə, bu zaman onu dərhal söndürmək, təmiz və tozsuz bir bezlə səthini silmək, daha sonra isə telefonu hissələrinə ayırıb pambıq və Ardı »

TexnobazHərəkətlə enerji yığan telefon

Enerjisi heç vaxt bitməyən telefona sahib olmaq yəqin ki, çoxlarımızın arzusudur. Hələ ki belə bir telefona sahib olmağımız real görünməsə də, 15 yaşlı gənc ixtiraçı Angela Casimiro demək olar ki, bu ixtiraya yaxın bir yenilik kəşf edib. O bildirib ki, hətta evdən kənarda, elektik enerjisinin olmadığı yerlərdə belə telefonumuzun enerji yığ`ması tamamilə mümkündür.
Yeni bir ideya ilə “Google Elm” müsabiqəsinə qatılan Casimiro iddia edib ki, ayaqqabıya yerləşdirilən iki cüt piezo-elektrik diski vasitəsilə telefonumuz və kiçik batareyalı əşyalarımız üçün enerji əldə edə bilərik. Gənc ixtiraçınınn sözlərinə görə, gəzərkən və ya qaçarkən ayaqqabımızın yaratdığı kinetik enerjini düzgün formada telefona yönləndirməyi bacarsaq, onun enerji yığması Ardı »

TexnobazBu avtomobillərin sürücüyə ehtiyacı yoxdur

Avtomobil idarə etmək kişilərin ən çox sevdiyi məşğuliyyətlərdəndir, amma yəqin ki, siz də yorğun olduğunuz zaman avtomobilinizi başqa birinin idarə etməsini istəmisiniz. Elə “Google” da sürücülərin bu istəyindən xəbərdar olduğu üçün sürücüsüz idarə edə biləcəyimiz fərqli avtomobil modeli hazırlamaq haqqında düşünür. Bu barədə “Google” şirkətinin həmtəsisçisi Serqey Brin “Recode” konfransında açıqlama verib. O bildirib ki, hələlik sözü gedən avtomobilin yəni, “google mobile”ın yalnız prototipi hazırlanıb. Şirkət rəsmisinin sözlərinə görə, yayda genişmiqyaslı sınaqlar üçün təxminən 100 bu cür maşın hazırlamaq planlaşdırılır. Sürücüsüz idarə edə biləcəyimiz bu avtomobil bort kompüteri və çoxsaylı ötürücülər vasitəsilə idarə olunacaq.
Adı çəkilən layihənin əsas məqsədi daha təhlükəsiz avtomobillərin Ardı »

TexnobazBMW-ni Meksika buraxacaq

Alman nəhənglərindən olan BMW istehsalatı genişləndirmək məqsədi ilə 2019-cu ildə Meksikada yeni fabrik açmağı düşünür. Bu barədə BMW-nin istehsalat üzrə baş direktoru Harald Krüger məlumat verib. Onun sözlərinə görə, Meksikada fəaliyyətə başlayacaq bu fabrik üçün 732 milyon euro ayrılıb. Orada 1500 nəfərin çalışacağı bildirilir.

Başqa bir ölkədə belə böyük fabrik açmaq barədə çoxdan düşündüklərini deyən şirkət rəsmisi həmçinin müsahibəsində niyə Meksikanı seçdiklərini də izah edib. Baş direktor bildirib ki, Meksika Amerika bazarına çox yaxın olmasına görə daha məqsədəuyğun bölgədir. Eyni zamanda Meksikanın 40-dan çox ölkə ilə sərbəst bazar müqaviləsinin olması oradan bir çox ölkəyə gömrük haqqı ödəmədən mal ixrac etməyə şərait yaradır. Ardı »

Texnobaz“Mercedes-Benz C-Class”ın əsas özəllikləri

“Mercedes Benz” şirkəti 2015-ci ildə satış bazarına çıxaracağı ən yeni məhsulunun bəzi keyfiyyətlərini açıqlayıb. Açıqlamada bildirilir ki, gələn il bazara çıxarılacaq Mercedes-Benz C-Class avtomobili 3 litrlik mühərrik ilə 329 at gücünə malikdir. Mütəxəssislərin sözlərinə görə isə şirkətin bu yeni sport avtomobili öz rahat şəraiti ilə digər modellərdən fərqlənəcək. Qeyd edək ki, alman keyfiyyəti ilə fərqlənən “Mercedes Benz” dünyada C kateqoriyasına görə ən çox satılan avtomobillərdən hesab edilir. Bütün bu sadalananlardan başqa şirkət təqdim edəcəyi yeni modelin xarici görünüşündə-ön faralarında, kənar dizaynında da bir çox dəyişikliklər edib. Bunu təqdim edilən şəkillərdə də açıq-aydın görə bilərsiniz. Ardı »

TexnobazQarşılayın, uçan avtomobillər

Slovakiyalı “Aero Mobil” firması bir çoxlarımız üçün hələ də yuxu kimi görünən yeni bir texnologiya- uçan maşın hazırlayıb. Xatırladaq ki, adı çəkilən firma uzun müddətdir ki, bu konsept üzərində çalışırdı. Artıq hazır olan “Prototip 3.0” modeli bu vaxta qədər sınaq məqsədi ilə bir neçə uçuş həyata keçirib.
Uçan avtomobilə adi avtomobildən tamamilə fərqlənən bir neçə xüsusi hissə əlavə edilib. Bu sırada müasir hava avadanlıqları, inkişaf etdirilmiş paraşüt sistemi və avto pilotun adın qeyd edə bilərik. Ardı »

TexnobazYanlış kondisisonerin yol açdığı fəsadlar

Havalar istiləşdikcə sürücüləri narahat edən məsələlərdən biri- avtomobil və sağlamlıq üçün zərərsiz kondisisoner seçimi məsələsi gündəmə gəlir. Bu məsələ sürücülərlə yanaşı həkimləri də narahat edir. Onların sözlərinə görə, yanlış kondisisoner seçimi ağciyər xəstəliyindən tutmuş sətəlcəmə qədər ən müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Bunun üçün həkimlər sürücülərə lazım olmadığı müddətdə kondisisonerdən istifadə etməməyi tövsiyyə edirlər. Onların sözlərinə görə, isti havalarda kondisisonerdən istifadə etməkdənsə, avtomobilin pəncərələrini açmaq daha məqsədəuyğundur. Amma avtomobilin pəncərələrini açarkən sürəti minimuma çatdırmalıyıq. Çünki yüksək sürətlə idarə edərkən açdığımız pəncərə sağlamlıq üçün kondisisonerdən daha zərərlidir.

Avtomobildə əsas sərinləşdirici vasitə kimi kondisisonerdən istifadə edən sürücülərə isə mütəxəssislər tövsiyə edirlər ki, hətta istifadə Ardı »

TexnobazAndroid 4.4.3 gəlir

Nəhəng axtarış sistemi olan Google keçən ilin sonlarında mobil əməliyyat sistemi Androidin son versiyası hesab edilən Android 4.4 KitKat ilə məşhurlaşmışdı. Bu ixtiranın ardından Android 4.4.2- ni bazara təqdim edən Google, son bir neçə həftədir ki, artıq Androidin yeni versiyası 4.4.3 ilə gündəmə gəlir. Adı çəkilən məhsul hələ açıq şəkildə bazara çıxarılmasa da, artıq onun quruluşu haqqında ilkin məlumatlar məlumdur.
Bu məlumatlarda göstərilir ki, Google Android 4.4.3 ilə özündən əvvəlki məhsullardakı bir çox xətaları aradan qaldırmaq istəyir. Buna görə də yeni sistemdən o qədər də böyük dəyişikliklər gözlənilmir.
Bu yenilik ilə həddindən artıq enerji sərfinin aradan qaldırılacağı ehtimal edilir. Yeni modelin tətbiq edilməsinin Ardı »