Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Google Glass”ın rəqibi-“SimEye”

Texnologiyanın son yeniliklərindən olan Google Glass satış bazarına çıxarıldıqdan sonra ona rəqib olan yeni texnoloji alət hazırlanmağa başlanılıb.

O qədər də məşhur olmayan Tayvan firması “ChipSip” “Google”u özünə rəqib olaraq seçib. İndi bu istehsalçının əsas məqsədi “Google Glass”ın bütün funksiyalarına sahib olan, amma onunla müqayisədə çox ucuz qiymətə müştəriyə təqdim edə biləcəyi alət hazırlamaqdır. “Google Glass” ın rəqibi hesab edilən “SimEye” adlı ağıllı eynək hələ tam hazır olmasa da, artıq “Coputex” sərgisində “Best Choice” mükafatını alıb.

“Google Glass” ın satış qiymətinin 1.500 dolar olmasına baxmayaraq, adı çəkilən məhsul ondan üç dəfə ucuz qiymətə- 500 dollara bazara çıxarılacaq. Bu ağıllı eynəyin “Google Glass”la eyni funksiyalara sahib olacağı bildirilsə də, ilk baxışda onun çatışmazlıqlarını görmək mümkündür. Adı çəkilən alətdə hələki səslə yoxlama yoxdur. Bir ünvandan digərinə səs göndərmək üçün isə mütləq qulaqlıqdan istifadə etmək lazımdır. Bütün bunlarla yanaşı alət o qədər də xoş olmayan vizual görünüşü ilə diqqət çəkir.

“ChipSip” firmasının verdiyi məlumata görə, “SimEye” hazırda ABŞ, Yaponiya və bir çox Avropa ölkələrində sınaqdan keçirilir. Alətin bu ilin ikinci yarısında satış bazarına çıxarılacağı gözlənilir.


Tarix: 07.01.2015 / 13:49 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Texnobaz
loading...