Bu dəfə avtomobil həvəskarları üçün maraqlı olacağını düşündüyümüz bir məqaləni sizinlə paylaşmaq istəyirik. İlk maşınlar necə və harada istehsal olunub? Onların quruluşu, işləmə prinsipi müasirlərindən nə ilə fərqlənirdi? Bu sualların cavabı sizə də maraqlıdırsa, məqaləmizin davamını mütləq oxuyun.
1. İlk avtomobillərdə sükan yox idi, sürücülər onu bir qolla idarə edirdilər.
2. 1898-ci ildə New York Polis Şöbəsi sürət həddini aşan avtomobilləri velosiped ilə izləyirdi.
3. İlk dəfə 1902-ci ildə sürət həddini aşmağa görə cərimə yazıldı.
4. 1916-cı ildə dünyadakı avtomobillərin 55%-ini T Ford təşkil edirdi.
5. İlk dəfə 1922-cı ildə avtomobillərdə sürət göstəricilərindən istifadə edilməyə başlanılıb.
6. İlk avtomobil radiosu 1929-cu ildə icad edilib.
7. İlk avtomobillərdə elektriklə işıqlandırma sistemi yox idi. Onlar karbidlə işıqlandırılırdı.
8. The Peanuts (Snoopy) xarakterlərindən ilk dəfə olaraq 1957-ci ildə Ford Fairlaine avtomobillərinin reklamı üçün istifadə edilib.
9. Amerika istehsalı olan avtomobillərin çoxunun siqnalı Fa notu üzərində qurulub.
10. Hər bir avtomobildə təxmini 914 metrə qədər elektrik kabeli var.
11. Dörd il boyunca saatda 100 mil sürətlə hərəkət etsəniz də, Amerikadakı bütün yolları gəzməyiniz mümkün deyil.
12. İnsan həyatının təxminən iki həftəsini işıqforun işıqlarının dəyişməsini gözləyərək keçirir.
13. Hong Kong-da hər adama 2-3 Rolls Royce düşür.
14. 1899-cu ildə 68 yaşlı bir qoca tramvaydan düşür, yükü çox ağır olduğuna görə yolu keçməkdə çətinlik çəkir və qəfildən bir taksi onu vurur. Bu hadisə Amerika tarixinə ilk avtomobil qəzası kimi düşür.
Tarix: 07.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Texnobaz