Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qulluq et avtomobilə, qulluq etsin o da sənə

Texnologiya sahəsindəki inkişaf nəticəsində hazırda avtomobillər köhnə modellərlə müqayisədə daha təhlükəsiz və daha sürətlidir. Amma texnologiya nə qədər inkişaf edir etsin, bütün dövrlərdə avtomobil sahiblərini əsas narahat edən məsələ- avtomobilə düzgün qulluq, yenə də əsas müzakirə olunan məslələrdəndir. Biz də elə indi sizinlə bu barədə danışmaq istəyirik. Daha dəqiq desək, motor yağının dəyişdirilməsinin əhəmiyyəti və bu zaman əməl etməli olduğumuz qaydalar barədə.
Əziz kişilər, avtomobilli tez-tez usta yanına aparmamaq üçün əməl etməli olduğumuz ən əsas şərtlərdən biri də motor yağının vaxtlı-vaxtında dəyişdirilməsidir. Bunu etmədiyimiz zaman motoru ciddi təhlükə altında saxlamış olarıq. Çünki avtomobilin yağ səviyyəsi azaldıqda motorda qalan yağ daha çox işlənməli olur, nəticədə motor daha çox kirlənir və bu da avtomobilinizin performansını aşağı salır. Bu zaman hətta avtomobil həddindən çox isindiyi üçün uzaq səfərə çıxdığımız zaman bizi qəfil yarı yolda qoya bilər.
Sizin əsas diqqət etməli olduğunuz məqam avtomobilinizin yağının səviyyəsinin həftədə bir dəfə, habelə hər uzaq səfərə çıxmazdan əvvəl yoxlanılmasıdır. Əgər 1500 km-dən az məsafə qət etdiyiniz zaman yağın səviyyəsi maksimumdan minimuma enirsə, deməli, motorunuzun yoxlanılmağa ehtiyacı var. Lakin xəbəriniz olsun ki, avtomobil yağının dəyişdirilməsi maşından-maşına və idarə etmə şəraitinə, formasına görə dəyişə bilər.

Bəs, motorun yağını necə yoxlamalı və necə dəyişməli?

1. Maşını düz bir yerde saxlayın, motoru söndürün və 3-4 dəqiqə kimi yağın dibə çökərək bir yerə toplanmağına imkan yaradın.
2. Yağ çubuğun yerindən çıxarın, təmizləyin və təkrar batıraraq yağın səviyyəsinə baxın.
3. Əgər səviyyə maksimumun aşağısındadırsa, onun ümumi tutumuna baxaraq nə qədər yağ əlavə etməli olduğunuza diqqət yetirin.
4. Motorun üstündəki qapağı çıxarın, lazım olan qədər yağ əlavə edib onu bağlayın.
5. Bir dəqiqə kimi yağın motorunuza dolmağını gözləyin və səviyyəni ölçmək üçün yenidə yağ səviyyəsini ölşən çubuqdan istifadə edin. Lazımdırsa, yenidən yağ əlavə edin.
Bu qədər, əziz kişilər. Daha təhlükəsiz formada avtomobil idarə etmək istəyirsinizsə, vaxtlı vaxtında avtomobilinizə qulluq edin.


Tarix: 07.01.2015 / 13:45 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Texnobaz
loading...