Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Smartfonları enerji ilə təmin edən skamyalar

Boston meriyası şəhərdə “Wi-Fi” və günəş batareyaları ilə təchiz edilmiş skamya quraşdırıb. Beləliklə, skamyada əyləşməklə mobil telefonun akkumulyatorunu enerji ilə doldurmaq mümkündür.
ICTnews-un məlumatına görə, artıq Massaçusets ştatının ən böyük şəhərinin parklarında onlarla belə skamya quraşdırılıb. “Soofa” adlanan bu skamyalar 3 min dollara başa gəlib. Layihəni ABŞ-ın ən böyük mobil operatorlarından biri “Verizon” şirkəti və “Cisco” telekommunikasiya avadanlığı istehsalçısı satın alıb.
Skamyada quraşdırılmış USB portlar vasitəsilə cihazı enerji ilə doldurmaq mümkündür. Həmçinin bu “ağıllı” skamyalar havanın çirklənmə dərəcəsini və səs-küyü də ölçə bilir.


Tarix: 07.01.2015 / 13:49 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Texnobaz
loading...