Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avtomobil markalarının mənası

Audi
Markanın emblemindəki dörd üzük avtomobil istehsal etmək üçün birləşən 4 firmanı ifadə edir. Audi adı isə firmanın ilk sahibkarlarından olan August Horchun adını daşıyır. Digər sahibkarlar kimi markasının adında öz soyadını istifadə etmək istəməyən August Horch firmanın adı kimi öz soyadının latıca tərcüməsindən istifadə edib.

Cadillac
Avtomobilə ad seçilərkən 18-ci əsrin əvvəllərində sənaye şəhəri olan Detroiti yaradan fransız ixtiraçı Antoine Laumet de La Mothenin (digər adı isə Sieur de Cadillacdır) soyadından istifadə edilib.

Chevrolet
General Motorsdan ayrılan Durant, isveçrəli mütəxəssis Louis Chevrolet ilə ortaqlıq yaradır və şirkətə onun adını verir. Şirkətin emblemi isə İsveçrənin bayrağındakı xaça işarədir.

Chrysler
Walter Chryslerin avtomobil firması olan Maxwell Motor Company 1924-cu ildə Chrysler adı ilə maşın istehsal edir. Zaman keçdikcə bu avtomobil modeli şirkətdən daha çox məşhurluq qazandığı üçün firma adını dəyişib Chrysler adlanmağa başlayır.

Ford
Qurucusu HENRY FORD-un şərəfinə bu cür adlandırılıb.

Mazda
Yapon istehsalı olan bu avtomobili istehsal edən şirkətin adı Mazda Motor Corporationdır. Şirkətin yapoca adı isə “Matsuda Kabushiki-Kaisha Hiroşima” kimi səslənir. Avtomobilin adı (Mazda) bilgi və ağıl tanrısı olan Ahura Mazdanın adından götürülüb.

Mercedes
1900-cü ilə avstraliyalı təşəbbüskar Emil Jellinek avtomobil nəhəngi olan
“Daimler” ilə müqavilə imzalayır. Bu müqaviləyə əsasən“Daimler” 36 avtomobil istehsal etməli, bunların 12-si isə Jellinekin qızı Mercedesin adını daşımalı idi.

Nissan
Bu markanın adı isə yaponiyalı iş adamı Aikawanın 1928-ci ildə yaratdığı “Nippon Sangyo” nun qısaldılmış formasından götürülüb. Nippon Sangyo ‘Yapon sənayesi’ mənasını ifadə edir.

Opel
Bu ad isə firmanın qurucusu olan Adam Opelin soyadından götürülüb. Əvvəllər yalnızca tikiş maşınları istehsal edən bu şirkət 1899-cu ildən avtomobil istehsal etməyə başlayıb. Firma embilemində təkər içərisində şimşəkdən istifadə edib. Buradakı təkər inamı, şimşək isə sürəti ifadə edir.

Toyota
Sakichi Toyota 1933-cü ilə qədər yalnızca toxuma dəzgahı istehsal edirdi. Sonradan avtomobil istehsal etməyə başlayan bu şirkət daha qulağa yatımlı olduğu üçün marka adı kimi Toyota adından istifadə edib.

Volkswagen
Bu firmanın adının mənası isə almancadan “Xalqın avtomobili” deməkdir.

Volvo
İsveç şirkəti olan Volvonun adı latın dilindəki “volvere” sözündən götürülüb, mənası isə tərcümədə “diyirlənirəm” deməkdir.


Tarix: 07.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Texnobaz
loading...