Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mobil telefonların insan səhhətinə təsiri tədqiq edilir

Mobil telefonların insan səhhətinə təsirinə dair dünya üzrə ən genişmiqyaslı tədqiqat davam edir.

Alimlər ümid edirlər ki, Avropanın beş ölkəsində cib telefonlarından istifadə edən 250 min adamı bu araşdırmaya cəlb edə biləcəklər. Kosmos adını almış bu layihə 20-30 il davam edəcək.

Hazırda dünyada 6 milyarddan çox cib telefonundan istifadə edilir. İndiyə kimi onların insan səhhətinə təsirinə hər hansı mənfi təsir göstərməsi üzə çıxarılmayıb.

Lakin tədiqaqtçılar hələ də çoxlu qeyri-müəyyənliyin mövcud olduğunu deyirlər. Narahatlıq mövcuddur ki, indiyə kimi aparılmış tədqiqatlar çox qısa müddət əhatə edib.

Buna görə illər uzunu formalaşan xərçəng və digər xəstəliklərin müxtəlif növlərini üzə çıxarmaq mümkün olmayıb. Araşdırmaların əsas hissəsi həmçinin adamların sadəcə keçmişdə cib telefonlarından nə qədər istifadə etdiklərini xatırlamalarına əsaslanıb.

Bu isə qeyri-dəqiqliyə yol açır. Bu yeni tədqiqat isə fərqli olacaq. Bu zaman telefondan həqiqi istifadənin tezliyi qeydə alınacaq.

Layihənin uzun müddət davam etməsi isə o deməkdir ki, alimlər beyin xərçəngi ilə yanaşı, iflic, Altshaymer, Parkinson və ürək xəstəliyi daxil olmaqla daha böyük sayda xəstəliklərin mümkünlüyünü araşdıra biləcəklər. Bu tədqiqatın təşəbbüskarlarında biri

Londondakı İmreriya Kollecindən doktor Mirel Toledanodur.

"Britaniyada, Finlandiyada, Danimarka, İsveç və Hollandiyadakı cib telefonundan istifadə edənləri müşahidə edəcəyik. Lakin gələcəkdə inkişaf etməkdə olan ölkələrdən də iştirakçıları daxil edə bilərik".

Doktor Toledano deyir ki, alimlər telefondan istifadəni müşahidə edəcəklər, adamların zəng elədikləri telefon nömrələrini yox. İştirakçılardan sorğu-sual kitabçasını doldurmaq və telefondan istifadələrinin qeydiyyatına icazə vermək xahiş olunur.

Alimlər ilkin tapıntılarını beş ildən sonra dərc edəcəklər. Onlar eləcə də, Wi Fi, simsiz telefonlar və körpə monitorlarından istifadəni də qeydə alacaqlar. Bu onlara elektromaqnit radiasiyasının müxtəlif tiplərinin təsiri barədə tam mənzərə əldə etmək imkanı verəcək.


Tarix: 08.01.2015 / 14:29 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Saglamliq
loading...