BAƏ nədir ?
Hamı sağlam olmaq istəyir. Lakin necə? Axı niyə tam sağlam insanların sayı belə azdır ?
Yaşadığımız dövrdə tibb inkişafı dünyada heç bir xəstəliyin qalmayacağı bir mərhələdədir: müasir tibbi texnika hüceyrə səviyyəsinə diaqnoz qoymağa imkan verir. Cərrahiyyə sahəsində uğurlar da az deyil, hal-hazırda orqanların transplantasiyası yüsək mərhələdədir. Lakin “Qərb” tibb elmi inkişaf etdikcə əhalinin sağlamlıq səviyyəsi getdikcə enir. Tibbin belə inkişafı arzu olunan deyil belə ki, həkimlər nəyinki pasientlərin, hətta özlərinin sağlamlığının belə tam müdafiə edə bilmirlər.
Fitoterapevtlər bitkilərdən başqa mineral xammaldan, heyvan və balıq mənşəli orqan və toxumalardan da istifadə etməyə başlayırlar ki, bu da yeni terminin – BAƏ meydana çıxmasına səbəb oldu.
BAƏ – qida rasionumuzda lazım olan, lakin az miqdarda təsadüf edən, cüzi miqdarda yüksək fizioloji təsir göstərmək qabiliyyəti olan bioloji aktiv maddələrdir.
BAƏ təbii mənşəli olub, insan əli ilə hazırlanmalı, xüsusi sterilizasiya və ya kimyəvi prosedura tələb etməyən, tərkibində heç bir kimyəvi qarışıq və ya sərbəst molekul olmayan müalicəvi effektə malik vasitələrdir.
BAƏ meydana gəlmə zərurəti və tarixi.
Bioloji aktiv əlavələr (BAƏ) və ya Food supplements, termini yeni termin olsa da tarixi çox qədimdir. Hələ bizim eradan əvvəl Misirdə, Çində, Tibetdə, Hindistanda və s. ölkələrdə bitkilərlə müalicə vardır. Düzdür, o dövrdə vitamin, mineral, ferment və s. nə olduğunu bilmirdilər, lakin bu dövrü BAƏ-lərin başlanğıcı kimi qəbul etmək olar.
Bitkilərin müalicəvi təsirinin sirrləri sonrakı nəsillərə də ötürülməkdə idi, belə ki, Hippokrat, Qalen, İbn-Sina kimi dahi həkimlərin bitkilər haqqında yazdıqları kitablar bu günümüzdə də aktuallığını itirmir.
XIX əsrin sonu ХХ əsrin əvvəli bitkilərin müalicəvi təsirlərinin mexanizmlərini öyrənməyə nail oldular. Bele ki, yağlar, zülallar, karbohidratlar, duzlar, daha sonralar isə bioloji reaksiyaları sürətləndirən maddələr kəşf olundu ki, bunlar da vitaminlər adlandırıldı.
1934-cü ildə ilk dəfə amerikalı alim Karl Renborq tərəfindən ilk bioloji əlavə hazırlandı. Bu, vitamin, mineral, lüsetindən ibarət bir qarışıq idi. Düzdür, bu kəşf kimyanın, xüsusən də orqanik sintezin yüksəliş mərhələdə olması, dar istiqamətli farmokoloji tərkiblərin strukturun öyrənilməsində yüksəliş fonunda bir qədər kölgədə qaldı. XX əsrin 30-cu illərində xəstəliklərin diaqnostikasında sıçrayışın meydana gəlməsi və konkret molekulların sintez olunması bitkilərə marağı bir qədər azaltdı.
1938-ci ildə Ueston Prays “Qidalanma və fiziki göstəricilər” monoqrafiyasında sensasion açıqlama verdi. Monoqrafiyanın əsas məqsədi bitkilərlə qidalanma zamanı fizioloji proseslərdə mənfiyə dogru dəyişiklik idi, məsəslən: bitkilərlə qidalanma zamanı kariesin meydana gəlməsi 4-12 dəfə artır və s. Bu əsər xəstəliklərin müalicəsində dərman molekullarının istifadəsini zəruri sayırdı. Bundan sonra dərman molekullarının kəşvi və istifadfəsi yüksəliş dövrünə qədəm qoydu. Qeyd edək ki, müasir dövrümüzdə də bu elmi işin mahiyyəti saxlanılmaqdadır. Lakin onilliklərdən sonra məlum oldu ki, müalicədə əla effekt versələr də xəstəliyi tam sağalda bilmirlər. Sadə bir misal: Sepsisin bir həftəyə müalicəsi yuxu kimi görünsə də antibiotik (anti bio - həyat əleyhinə) bu möcüzəni reallaşdırdı. Lakin bu “möcüzə” orqanizmi məhvə aparırdı, belə ki, immun sistem zəifləyir, disbakterioz və naməlum olan daha bir neçə mənfi proseslər meydana çıxırdı. Beləliklə də dərman vasitələri və BAƏ-lərin fərqli xüsusiyyətləri meydana çıxdı.
Antibiotiklərlə müalicə zamanı 95% hallarda disbakterioz, 30% allergiya, yeni doğulmuşlarda 90% müəyyən patologiyalar, 1 yaşa qədər uşaqlar arasında hər 1000 nəfərə 17 ölümün meydana gəlməsini müəyyən etmək üçün daha bir neçə 10 illik lazım gəldi. Tarixin bu reallığı 70-ci illərdə vitamin inqlabına yol açdı.
BAƏ-lərin geniş istifadəsi xəstəliklərin və ölümün statistikasında müsbət tendensiya yaratdı. Beləliklə də dietologiya və farmakologiya elmlərinin vəhdəti – nutrisiologiya (müalicəvi qidalanma) elmi meydana gəldi ki, bir çox alimlər də bu elmi 21 əsrin elmi kimi qiymətləndirir.
Hal-haırda qida rasionumuzda ehtiyac duyduğumuz mikronutriantlar – BAƏ bir çox şirkətlər tərəfindən geniş istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən BAƏ-in əlavə təsiri 0.003%-dir ki, dərman preparatlarında bu göstərici 20-40% təşkil edir.
Hal-hazırda BAƏ gün-gündən daha da məşhurlaşır, məsələn 40-50% avropalılar, 50% amerikanlar, 80% yaponlar orqanizmlərini möhkəmləndirmək üçün vitamin-mineral komplekslərindən istifadə edirlər.
Ötən əsrin 90-cı illərində yeni, qidaya bioloji aktiv əlavələr nəzəriyyəsi yarandı və bioloji aktiv əlavələr (BAƏ) sağlam qidalanmanın vacib komponenti kimi xarakterizə olundu.
Bioaktiv əlavələr dərman deyil, ancaq qida da deyil. Lakin onların mütəmadi olaraq qəbul olunması bədənin hər bir hüceyrəsini tənzimləyir, həyat üçün vacib, faydalı elementlərin çatışmazlığını bərpa edir. BAƏ-ə tələbat ayrı-ayrı insanlarda müxtəlif olur. Burada insanların həyat tərzi, genetik xüsusiyyətləri, zərərli vərdişləri və hətta yaşadığı coğrafi bölgə amili həlledici rol oynayır.
Təsnifatı
BAƏ klassifikasiyası
1. MSS-nə təsir edən
2. Beyin və qan dövranına təsir edən
3. Toxuma mübadiləsinə təsir edən
4. İmmun sistemə təsir edən
5. Antioksidantlar
6. Mineral maddələr
7. Ürək-damar sisteminə təsir edən
8. Tənəffüs sisteminə təsir edən
9. Həzm sisteminə təsir edən
10. Görməyə təsir edən
11. Bədən çəkisinin dəyişməsinə təsir edən
12. Sidik-cinsiyyət sisteminə təsir edən
13. Dayaq – hərəkət sisteminə təsir edən
14. Maddələr mübadiləsinə təsir edən
15. Laktasiyaya təsir edən
16. Detoksikasiyaya təsir edən
17. Əsas qrupa aid olmayan BAƏ
Beləliklə, məlum olur ki, BAƏ istənilən sistemə daxil ola bilər. Azərbaycanda isə “Yeyinti məhsulları haqda qanun” -un 7-ci maddəsinə əsasən tərkibində narkotik maddələr olan yeyinti məhsullarının və bioloji aktiv əlavələrin dövlət gigiyena qeydiyyatına alınmasına yol verilmir.
Multivitamin və minerallar hamının istifadəsi üçün münasib olduğu halda xüsusi tələbat olduqda proteinlər, essensial yağlar, amin turşuları, qlikonutrientlər, fitonutrientlər qəbul oluna bilər.
BAƏ Aşağıdakı tərkibli ola bilərlər
Vitamin və vitamin kompleksləri
Yağ turşuları
Mineral maddələr və makro-mikro elementlər
Xüsusi aminturşular
Mono və disaxaridlər
Qida telləri
Eubiotiklər
BAƏ iki böyük qrupa bölünür. Nutrisevtiklər və parafarmasevtiklər.
Nutrisevtiklər qidanı korreksiya etmək üçün lazım olan komponentlər: vitaminlər, minerallar, aminturşular, fosfolipidlər, antioksidantlar qida lifləıri və başqa komponentləri birləşdirir.
Parafarmasevtiklər bunlar müalicəvi təsir edən bioloji aktiv maddələrdir. Onlar adaptogen funksiyaları yaxşılaşdırır, keçirilmiş xəstəliklərdən sonra immuniteti artırır, orqanizmin funksional pozğuntularını bərpa edirlər. Parafarmasevtika medikamentoz müalicəyə, əməliyyatdan əvvəl və sonra, kimyaterapiyadan sonra , proqressivləşən xəstəliklər və ya kəskin xəstəliklərin profilaktikasına əlavə kimi istifadə edilə bilər. BAƏ əsas şərt onların əlavə təsirlərinin minimum olmasıdır. BAƏ uşaqlara təyin etmə zamanı mütəxəssisdən xüsusi diqqət və BAƏ haqqında ətraflı informasiya lazımdır.
BAƏ istifadəsi zamanı aşağıdakı qaydalara xüsusi əməl edilməlidir.
1. Praktik sağlam şəxslərə BAƏ profilaktika məqsadi ilə nutrisevtiklər təyin edilməlidir, məsələn: vitaminlər, vitamin-mineral kompleksi.
2. Xəstəlik önü vəziyyətdə proqressivləşən maddələ mübadilə pozğunluğunun profilaktikası zamanı BAƏ dietik məsləhət fonunda təyin edilməlidir.
3. Xəstələrə BAƏ təyin edərkən tam müayinə etmək və həkim konsultasiyasına aparmaq mütləqdir. Düzgün təyinat zamanı dərmanlarla kombinasiya bir-birlərinin təsirinin güclənməsi ilə müşahidə olunur.
4. BAƏ təyinatı tibbi savadlı olsa belə şəxsi təcrübəyə əsaslanmalı və dərman vasitəsiz olmamalıdır.
BAƏ təsir növü aşağıdakı kimidir
Təmizləyici - detoksikasion, opqanizmdən toksin və şlakları, ağır metal duzlarını, sərbəst radikalları ləğv edir
Tamamlayıcı – orqanizmdə mikro və makroelementlərin, vitaminlərin, aminturşuların əvəzolunmaz yağ turşularının defisitini tamamlayır.
Bərpaedici - Bütün orqan və toxumaların funksiyalarını stabilləşdirir, normal maddələr mübadiləsini bərpa edir.
Tarix: 08.01.2015 / 15:13 Müəllif: Aziza Baxılıb: 212 Bölmə: Saglamliq