Yuxarı Gödəkli (erm. վերին Գյոդաքլու; Kəndin adı sonradan dəyişdirilərək Vardavanq (erm. Վարդավանք) edilib) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd.
Kənd Qafan şəhərindən 13 km şərqdə, Qafan-Gorus yolunun sağ tərəfində yerləşir. 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi.
Etimologiyası
Toponim türk mənşəli qazaxlar tayfasından olan «gödəkli» etnonimindən (386, s.535) əmələ gəlmişdir. Etnotoponimdir. «Yuxarı» fərqləndirici sözü ilə işlənərək mürəkkəb quruluşlu toponim yaratmışdır. Ermənicə «Verin Gyodaklu» (erm. վերին Գյոդաքլու) şəklində işlədilib.
Kəndin indiki adı Vardavanqdır.
Əhalisi
Kənddə 1897-ci ildə 201 nəfər, 1914-cü ildə 79 nəfər, 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 118 nəfər, 1931-ci ildə 163 nəfər, 1939-cu ildə 221 nəfər, 1959-cu ildə 180 nəfər, 1970-ci ildə 275 nəfər, 1979-cu ildə 381 nəfər azərbaycanlı yaşayıb.
1988-ci ildə deportasiya olunan azərbaycanlıların yerinə kəndə ermənilər yerləşib. Hal-hazırda da kənddə ermənilər yaşayır. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə 2001-ci ildə kənddə 120 nəfər, 2010-cu ildə isə 91 nəfər yaşayıb.
Görkəmli şəxsləri
Məmmədov Malik Bəhmən oğlu ("Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib)
Tarix: 06.02.2015 / 19:11 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Qərbi Azərbaycan