Həyatı
Elçin Əlibəyli 5 dekabr 1978-ci ildə İrəvan şəhərində doğulub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub, 2002-ci ildə ADMİU-nun magistraturasını fərqlənmə ilə bitirib. 2002-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında oxuyub. 1995-1998-ci illərdə "Virtuoz" və "Korifey" kampaniyalarında redaktor, 1998-2005-ci illərdə "SOY TV"də baş redaktor, 2005-2007-ci illərdə "CNF production"da baş direktor vəzifəsində çalışıb. 2007-2011-ci illərdə Azad Azərbaycan Teleradio Yayım Şirkətinin Bədii rəhbəri olub. 2011-2012-ci illərdə "Azərbaycan xalçaları" elmi-bədii jurnalının baş direktoru olub. 2012-2013-cü illərdə Publika.az portalının Baş direktor kimi çalışıb. "Çal-çağır" (1998-2004), "İşdən sonra" (1999, Space), "Qırmızı xətt" (1999, ABA), "Təhlükəli nikah" (2000), "Qırmızılar", "Təriqət toru 1" (2000), "Təriqət toru 2" (2000) "SPİD" (2000), "Qara daşların əfsanəsi" (2001), "Bakı binaları "(2001), "Əsirlər" (2000), "Gözəllik əməliyyatı" (2001), "Pulun o biri üzü" (2001), "Azərbaycana xoş gəlmişsiniz" (2001), "Azərbaycan mətbəxi" (2002), "Azal" (2002), "İxtiyarım olsaydı..." (2004), "Azərbaycan turizmi" (2006), "Sağlığında qiymət verin insanlara" (2006), "Azərbaycan təbiəti" (2007), "Azərbaycan mədəniyyəti" (2007), "Səma altında muzey" (2007), "Azərbaycanda istirahət" (2007) və s. televiziya verilişlərinin, filmlərinin müəllifi, prodüseri və redaktoru, "Tanıdım", "El içində", "LG Bilik Akademiyası", "Açıq söhbət" "Oturduğumuz yerdə" verilişlərinin aparıcısı, "Azərbaycan sirləri", "Tanımadığımız tanışlar" sənədli filmlər silsiləsinin müəllifi olmuşdur.
Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
Azərbaycanda mövcud olan telekanalların yaradıcı axtarışları, TV-nin ictimai funksiyaları və onların təcəssüm mənzərəsini təhlil edən "Azərbaycan televiziyası" (2005), "Televiziya nəzəriyyəsinin əsasları" (2011) kitablarının müəllifidir. Nəzəri və elmi məcmuələrdə qırxdan çox elmi, həmçinin dövrü mətbuatda çoxlu sayda məqalələri dərc olunmuşdur.
Vidadi Əliyevin və Elmira İsmayılovanın övladıdır,Oqtay Əliyevin qardaşıdır
Kitabları
Azərbaycan televiziyası. Bakı: 2005
Televiziya nəzəriyyəsinin əsasları. Bakı: 2011
Tarix: 06.02.2015 / 17:29 Müəllif: Feriska Baxılıb: 176 Bölmə: Qərbi Azərbaycan