Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süleyman Məmmədov (tarixçi)

Həyatı
Süleyman Abbas oğlu Məmmədov 1932-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində anadan olmuşdur.

1951-ci ildə Xanlar şəhər pedoqoji məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin tədris ilində yeddilik məktəbdə müəllim işləməklə əmək fəaliyyətinə başlamışdır. 1952-1954-cü illərdə keçmiş Sovet Ordusu sıralarında qulluq etmişdir. O, 1954-cü ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur.

Süleyman Məmmədov 1959-cu ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra, həmin ildə Azərbaycan EA Tarix institunun orta əsrlər tarixi şöbəsində baş lobarant vəzifəsinə təyin edilmişdir. 1960-1963-cü illərdə qədim erməni dilini öyrənmək məqsədilə Ermənistan EA Acaryan adına Dilçilik institutuna ezam edilmişdir.

1962-ci ildə Azərbaycan EA Tarix İnistitu orta əsrlər tarixi üzrə məqsədli aspiranturaya qəbil edilərək, Ermənistan SSR EA Tarix İnistitutuna göndərilmişdir. S. Məmmədov 1966-cı ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1986-cı ildən o, APİ-də Azərbaycan tarixi kafedrasının professoru, 1989-cu ildən həmin kafedranın müdiridir.

Ötən illər ərzində o, tədqiqatını pedoqoji işlə gözəl əlaqələndirə bilmişdir. Onun elmi əlaqələri genişdir. S. Məmmədov EA Tarix, şərqşunaslıq, arxeologiya , etniqrafiya institutları, BDU, Gürcüstan tarix, etnoqrafiya və arxeologiya institutları, H.Sadası adına Maxaçqala Tarix, Dil və Ədəbiyyat İnstitutu, Ankara Türk Tarix qurumu, İstanbul Universiteti tarix və ədəbiyyat bölümü ilə əlaqə saxlayır.

O,bir neçə ildir ki, Təhsil Nazirliyi nəzdində tarix üzrə fəaliyyət göstərən "elmi metodik şura" nın, Ali Attestasiya Komissiyası tarix bölməsinin üzvüdür . S. Məmmədov kadr hazırliğı və elmin təşkilinə ciddi əhəmiyyət verir. Onun rəhbərliyi ilə 12 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda 8 nəfər aspirant dissertant Azərbaycanın orta çağlar dövrünün müxtəlif istiqamətləri üzrə axtarışlarını davam etdirirlər.

Süleyman Məmmədov 10 il APİ-də fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasının elmi katibi, 5 il BDU tarix fakultəsinin nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış Dissertasiya şurasının həmsədri, Respublika Elmi-Tədqiqat Pedaqogika Elmləri İnstitu (indiki Təhsil Problemləri İnstitu) və Tarix İnstitunun nəzdindəki ixtisaslaşdırılmış şuralarının üzvü olmuşdur.Prof. S. Məmmədov onlarla əsərin rəsmi oppenenti, redaktoru və rəyçisi olmuşdur.

S. Məmmədov medievist-mənbəşnas alim olaraq vavtaşırı rus şərqşünas alimi V.V. Bartoldun xatirəsinə həsr olunmuş regional və beynəlxalq konfranslarda iştirak etmişdir. Onun çıxışları Moskva, Sankt-Peterburq, Tblisi, İrəvan, Bakı, Suxumi, Kutaisinin Akedemik nəşrlərində çap olunmuşdur, ASE-nin və Naxçıvan ensiklopediyasının müəlliflərindən biridir.

Hazırda AMEA-nın nəzarəti ilə hazırlanan ASE –nin xüsusi cildinin məsləhətçisindən biridir. Onun yazıları – "Avropalı səyyahlar Osmanlı imperatorluğu və Azərbaycan haqqında (XIII-XIV yüzillər)" (Ankara 2000), "Karakoyunlular və Batı Azərbaycan", "Yeni Türkiyə" dərgisi (Ankara 2003), "Tarixdə erməni terroru" (I dünya müharibəsi illərində), "Uluslararasıtürk-erməni ilişkiləru"(İstanbul 2003), "Kitabi Dədə-Qorqud dastanlarının tarixi-coğrafi arealı", "Türk dünyasına baxışlar"(İstanbul 2003) toplularında və s. çap olunmuşdur.

Süleyman Məmmədov 300-ə qədər əsərin, o sıradan 5 monoqrafiya, 21 dərsliyin müəllifidr: onlardan – "XVII əsrin II yarısında – XVIII əsrin I otuzilliyində Azərbaycanın sosial-iqtisadi həyatı və Azərbaycan –erməni münasibətləri", "Elm", 1977, (15,5 ç.v.), (rusca). Azərbaycan tarixi; (ali məktəblərin qiyabi şöbəsinin tələbələri üçün) Bakı 2006 və s.

Məmmədov 1977 və 1993-cü illərdə nəşr etdirdiyi iki əsəri Nyu-York konqres kitabxanasının kataloquna düşmüşdür.

2005-ci ildə MEA Tarix İnstitutunun çapa hazırladığı "İrəvan xanlığı" tarixinin əsas müəlliflərindən biridir.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, Süleyman Abbas oğlu Məmmədova 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı verilmişdir. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilmişdir.

MEA-nın müxbir üzvi Fəridə Məmmədovanın "Qafqaz Albaniyası və albanlar" (Bakı 2005 ) adlı əsəri haqqında yazdığı rəyi çap etdirmişdir.("Kaspi" qəz 14-15 mart, 2005). Hazırda MEA Tarix İnstitutu həmin yazını ayrıca çapa hazırlayır.

Süleyman Məmmədov qədim erməni dili üzrə yeganə mütəxəssisdir.


Tarix: 06.02.2015 / 16:21 Müəllif: Feriska Baxılıb: 155 Bölmə: Qərbi Azərbaycan
loading...