Quliyev Azay (tam adı:Azay Əjdər oğlu Quliyev) — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini.
Tutduğu vəzifələr
1993 - 1998 “Elitar” Gənclər Klubunun və “Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı” İctimai Birliyinin sədri
1998 - 1999 Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının Sədri
1999 - 2008 Azərbaycan Milli QHT Forumunun Prezidenti
2001- 2003 Almaniya Texniki Əməkdaşlıq Agentliyinin -GTZ (Alman) vətəndaş cəmiyyəti üzrə eksperti
Parlament fəaliyyəti
2005 - bugünə kimi Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü
2005 - bugünə kimi ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü
2005 - bugünə kimi Azərbaycan - Rumıniya Parlamentlərarası İşçi qrupunun rəhbəri
2005 - bugünə kimi Azərbaycan - Çexiya, Azərbaycan - Estoniya, Azərbaycan - Türkiyə, Azərbaycan – Fransa, Azərbaycan - Sloveniya, Azərbaycan - İsveçrə və Azərbaycan - Gürcüstan Parlamentlərarası İşçi qruplarının üzvü
2011- bugünə kimi Avronest Parlament Assambleyasının Sosial Məsələlər, Təhsil və Vətəndaş Cəmiyyəti Komitəsinin sədr müavini
2013 - bugünə kimi ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini
Hazırkı fəaliyyəti
2008 - bugünə kimi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri
2012 - bugünə kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri QHT-ləri Forumunun prezidenti
Müəllifi olduğu qanunlar və qətnamələr
“ Könüllü fəaliyyət haqqında ” Azərbaycan Respublikasının qanunu
“ İctimai İştirakçılıq haqqında ” Azərbaycan Respublikasının qanunu
“ ATƏT Regionunda Vətəndaş Cəmiyyəti İnstitutlarının Gücləndirilməsi ”, ATƏT PA Qətnaməsi
Üzv olduğu dövlət qurumları
1999 - bugünə kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurası
2001- bugünə kimi Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası
2005 - bugünə kimi İtkin və Əsir düşmüş insanlarla iş üzrə dövlət Komissiyası
2013 - bugünə kimi Azərbaycan Respublikasının Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyası
Təhsili
Fevral - Mart, 2010 QHT Liderləri üçün Strateji İdarəetmə, Harvard Kennedy School, ABŞ
1996 - 1998 Magistratura, Tarix Fakültəsi, Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
1995 - 1996 Dövlət İdarəçiliyi üzrə Beynəlxalq Proqram, Türkiyə və Orta Şərqin Dövlət İdarəçilik İnstitutu , Ankara, Türkiyə
1992 - 1996 Bakalavr Dərəcəsi, Tarix Fakültəsi, Bakı, Azərbaycan
Şəxsi məlumat
Doğulduğu tarix və yer: 23 İyun, 1971-ci il, Sisyan, Ermənistan
Milliyyəti: Azərbaycanlı
Ailə statusu: Evlidir, 3 övladı var.
Otuzdan çox elmi məqalənin müəllifidir
İngilis, Rus və Türk dillərini bilir
Heç bir siyasi partiyanın üzvü deyil
Tarix: 06.02.2015 / 16:52 Müəllif: Feriska Baxılıb: 174 Bölmə: Qərbi Azərbaycan