Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elxan Həsənov (general)

Həyatı
Həsənov Elxan İslam oğlu 1959-cu ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir.

1980-1982-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmişdir. 1986-cı ildə daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin şöbə rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində işləmişdir.

İctimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və xidməti vəzifəsinin yerinə yetirilməsində xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilmiş, 2009-cu ildə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.

Ailəlidir, iki övladı var.


Tarix: 06.02.2015 / 17:29 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Qərbi Azərbaycan
loading...