Qədir Süleymanov (1917, İrəvan – 17.09.2014, Paris) — Fransadakı Azərbaycan diasporunun ən fəal nümayəndələrindən biri, Fransada Azərbaycan Evi təşəbbüs qrupunun üzvü.
1917-ci ildə İrəvanda anadan olan Qədir Süleymanov İkinci Dünya müharibəsi zamanı sovet ordusu sıralarında vuruşub, yaralanıb və əsir düşüb. Bir müddət əsir düşərgələrində qaldıqdan sonra o, Almaniyaya səfər edən Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müdaxiləsi ilə əsirlikdən azad edilib.
Müharibə başa çatdıqdan sonra isə Qədir Süleymanov Fransanın paytaxtı Parisdə qalmağa qərar verib. O, Fransanın azadlığı uğrunda göstərdiyi şücaətə görə Fransa hökuməti tərəfindən bir çox mükafatlarla təltif olunub.
Vətənindən ayrı düşmüş Qədir Süleymanov yalnız 33 il sürən həsrətdən sonra doğma torpağına qovuşa bilib.
Qədir Süleymanov 1989-cu ildə Fransada Azərbaycan Evinin əsasını qoyanlardan biri, bu ölkədəki Azərbaycan diasporunun ən fəal üzvlərindən idi.
Qədir Süleymanov 17 sentyabrda vəfat etmiş və 19 sentyabr 2014-cü ildə Parisdəki Monparnas məzarlığında torpağa tapşırılıb.
Tarix: 06.02.2015 / 17:36 Müəllif: Feriska Baxılıb: 91 Bölmə: Qərbi Azərbaycan