Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xıdır Mustafayev

Həyatı
Xıdır Mustafayev 1905-ci ildə Ermənistanın Kirovokan rayonunun Gözəldərə (Xancikas) kəndində anadan olmuşdur. 1927-ci ildə Kirovokan RHK-dan orduya çağırılmışdır. Müharibəyə motoatıcı batalyonun komandiri vəzifəsində başlamışdı. Stalinqrad, Kiyev, Jitomir, Kazatin, Berdiçev, Prokursov, Ternopel uğrunda aparılan döyüşlərdə iştirak etmişdir.

1943-cü ilin payızında Ukraynanın paytaxtı olan Kiyevin azad edilməsi uğrunda aparılan döyüşlərdə tankçılar batalyonun komandiri mayor Xıdır Mustafayev xüsusilə fərqlənmişdir.

1943-cü ilin 5 noyabrından 6-sına keçən gecə Mustafayev zərbəçi tank batalyonuna komandir təyin edilir. Batalyon qarşısında gözlənilmədən düşmənin qarşısına keçib, Kiyevdən 70 kilometr aralıda yerləşən Fastov şəhərini tutmaq vəzifəsi qoyulmuşdur. Ayın 6-sı axşam Mustafayevin tankçıları şəhərə daxil olaraq, dəmiryol vağzalını ələ keçirdilər. 5 saata yaxın davam edən küçə döyüşləri nəticəsində sovet tankçıları alman qarnizonunu Fastov şəhərindən tamamilə təmizlədi. Düşmən döyüş meydanında 64 zenit topu, 43 tank, 16 eşelon, 40 min tona yaxın yanacaq, 5 parovoz və 40 silah ehtiyatını qoyaraq, qaçdılar.

Təltifləri
2 Lenin ordeni, Qırmızı Ulduz Ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.

Fastov uğrunda döyüşlərə müdrikliklə komandanlıq etdiyinə və döyüş meydanında qəhrəmanlığı ilə fərqləndiyinə görə SSRİ Ali Sovetinin 1944-cü il 10 yanvar tarixli əmri ilə Xıdır Həsən oğlu Mustafayevə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Ədəbiyyat
"Azərbaycan Respublikası Xatirə Kitabı", XI cild, M, N (Mu...-N.) hərfləri, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2011. 196-cı səhifə.
Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.106


Tarix: 06.02.2015 / 15:41 Müəllif: Feriska Baxılıb: 130 Bölmə: Qərbi Azərbaycan
loading...