Güllücə (Abaran)
Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.
Tarixi
Rayon mərkəzindən 5 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim güllü sözünə sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin qoşulması əsasında əmələ gəlib «güllü, çiçəkli ərazidə yerləşən kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15. VI. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vardenis (Güllü) qoyulmuşdur.
Tarix: 06.02.2015 / 18:30 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Qərbi Azərbaycan
loading...